Siyasət
Pleyeri seçin:
İlham Əliyev Qarabağ və Şərqi Zəngəzurdakı yenidənqurma işlərindən danışdı
“Qarabağda və Şərqi Zəngəzurda bütün bərpa, yenidənqurma işləri maksimum şəffaf şəkildə aparılır. Ayrılan vəsaitlə bağlı müntəzəm olaraq ictimaiyyətə, o cümlədən media nümayəndələrinə məlumat verilir və sirr deyil”.
Bu fikri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 26-da Berlində Almaniyanın Kansleri Olaf Şolts ilə birgə mətbuat konfransında deyib.
“Bu yaxınlarda elan edilmiş məlumat göstərir ki, işin həcmi, doğrudan da, genişmiqyaslıdır. Bu ilin sonuna qədər, müharibə başa çatandan sonra Qarabağa və Şərqi Zəngəzura 12 milyard manat, yəni təqribən 7 milyard dollar ətrafında vəsait yatırılır və yatırılacaqdır. Görülən bütün işlər göz qabağındadır”, – dövlət başçısı qeyd edib.
Kopyalandı
Seçilmişlər