Siyasət
Pleyeri seçin:

İlham Əliyev və Aleksey Overçuk nələri müzakirə etdi?

23 yanvar 2024

Prezident İlham Əliyev yanvarın 23-də Rusiya Federasiyası Hökuməti sədrinin müavini, Hökumətlərarası Komissiyanın həmsədri Aleksey Overçuku qəbul edib.

Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Görüşdə ölkələrimiz arasında iqtisadi əməkdaşlıqla bağlı nəticələr baxımından 2023-cü ilin uğurlu olduğu bildirilib. Ötən ilin dekabrında Sankt-Peterburqda MDB Dövlət Başçılarının qeyri-rəsmi görüşü çərçivəsində Azərbaycan və Rusiya prezidentlərinin təmasları məmnunluqla xatırlanıb.

Söhbət zamanı iqtisadi əməkdaşlığın geniş gündəliyə malik olduğu vurğulanaraq, qarşıda bu sahədə yeni istiqamətlər üzrə planların nəzərdə tutulduğu bildirilib. Ticarət dövriyyəsinin 17,5 faiz, həmçinin yük və tranzit daşımalarının davamlı artımı əməkdaşlığımızın yaxşı göstəricisi kimi dəyərləndirilib.

Azərbaycan-Rusiya əməkdaşlığının inkişafının əsas istiqamətləri üzrə 2024-2026-cı illər üçün Yol Xəritəsinin imzalanmasının əhəmiyyəti vurğulanıb. Aleksey Overçukun səfərinin əlaqələrimizin genişləndirilməsi işinə xidmət edəcəyinə əminlik bildirilib.

Görüşdə nəqliyyat-logistika, Şimal-Cənub Nəqliyyat Dəhlizinin təşviqi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Azərbaycan-Ermənistan sülh sazişi nə vaxt imzalana bilər? | Ekspertlərdən mühüm açıqlama

Azərbaycan-Ermənistan sülh sazişi nə vaxt imzalana bilər? | Ekspertlərdən mühüm açıqlama

Siyasət
02 iyul 2024
Məzahir Pənahovdan Naxçıvanla bağlı mühüm açıqlama

Məzahir Pənahovdan Naxçıvanla bağlı mühüm açıqlama

Siyasət
02 iyul 2024
Türklərin Qafqazdakı varlığını 11-ci əsrdən götürmək utopiyadır | QƏRBİ AZƏRBAYCAN XRONİKASI

Türklərin Qafqazdakı varlığını 11-ci əsrdən götürmək utopiyadır | QƏRBİ AZƏRBAYCAN XRONİKASI

Siyasət
02 iyul 2024
MSK-dan seçki məntəqələrinin yeni sədrləri ilə bağlı mühüm açıqlama

MSK-dan seçki məntəqələrinin yeni sədrləri ilə bağlı mühüm açıqlama

Siyasət
02 iyul 2024
Paşinyan buna görə hərəkətə keçdi | İrəvanda ara qarışır

Paşinyan buna görə hərəkətə keçdi | İrəvanda ara qarışır

Siyasət
02 iyul 2024
Səfir və konsul geri çağırıldı | Yeni səfir kimdir?

Səfir və konsul geri çağırıldı | Yeni səfir kimdir?

Siyasət
02 iyul 2024
"Zəngilan" tankeri istismara verildi | İlham Əliyevin mərasimdə iştirakı

"Zəngilan" tankeri istismara verildi | İlham Əliyevin mərasimdə iştirakı

Siyasət
02 iyul 2024
Ermənistan buna imkan yaratmamalıdır | QAİ-dən sərt açıqlama

Ermənistan buna imkan yaratmamalıdır | QAİ-dən sərt açıqlama

Siyasət
02 iyul 2024
İlham Əliyev “Zəngilan” tankerinin istismara verilməsi mərasimində iştirak etdi

İlham Əliyev “Zəngilan” tankerinin istismara verilməsi mərasimində iştirak etdi

Siyasət
02 iyul 2024
Paşinyan separatçıları yanına topladı | Planın detalları ifşa olundu

Paşinyan separatçıları yanına topladı | Planın detalları ifşa olundu

Siyasət
02 iyul 2024
Seçilmişlər
icon