İran XİN sözçüsündən Qarabağla bağlı önəmli açıqlama
Yeniliklərdən dərhal xəbərdar olun
“Qarabağı Azərbaycanın tərkib hissəsidir”.
“Azad İran” “Telegram” kanalının məlumatına görə, bu fikirləri İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani sentyabrın 11-də keçirdiyi mətbuat konfransında Azərbaycanın Qarabağ bölgəsində qondarma rejimin təşkil etdiyi “seçkilər” barədə sualı cavalandırarkən bildirib.
“İranın mövqeyi aydın, sabit və şəffafdır. İranın Qarabağ ərazisi ilə bağlı mövqeyi heç kimə sirr deyil. Qarabağ Azərbaycanın tərkib hissəsidir və bu bölgənin sakinlərinin hüquqları və təhlükəsizliyi konkret çərçivədə müəyyən edilməli və təmin edilməlidir. Bu bizim aydın mövqeyimizdir. Biz hər zaman ölkələrin ərazi bütövlüyü, milli suverenliyinə hörmətlə yanaşmağın və hər hansı gərginlik yaradan hərəkətlərdən çəkinməyin vacibliyini vurğulayırıq”, – deyə Kənani qeyd edib.
Nazirlik rəsmisi əlavə edib ki, Tehran beynəlxalq səviyyədə tanınmış sərhədlərdə istənilən dəyişikliyə qarşıdır.
#İran teqi istifadə olunub
- İranın intensiv diplomatiyası regionda gərginliyi azalda biləcəkmi? - Baku TV CANLI
- Tehran hərbi sənaye sahəsindəki nəticələri beynəlxalq bazara çıxarmağa çalışır - Baku TV CANLI
- Vaşinqton və Tehran arasında buzlar əriyir?
- Tramp Tehranla təmasların məzmunu barədə ətraflı məlumat verməyib
- Müctəba Xamenei Putinə hərbi müraciət edib? - Moskva Tehrana nə deyəcək? - Baku TV CANLI
