İrəvanın etdikləri separatçıların sonunu gətirəcək
Bu günlərdə İrəvanın təşəbbüsü ilə BMT Təhlükəsizlik Şurasının Laçın yolu ətrafındakı vəziyyətlə bağlı iclası keçirilib.
Tədbirin qətnaməsiz, hətta sədrin bəyanatı olmadan başa çatması Ermənistan tərəfini çox narahat edib. Düzdür, erməni ekspertlər hələ də bir-iki həftəyə qərarın çıxacağını gözləyirlər və bu, çox qəribədir. Çünki çıxışlardan aydın oldu ki, Azərbaycanın ərazi bütövlüyü heç kim tərəfindən mübahisələndirilmir. Laçın yoluna gəlincə isə bir çox dövlətlər alternativ Ağdam-Xankəndi yolunu da qeyd ediblər.
Rusiyalı politoloq, Siyasi Araşdırmalar Mərkəzinin direktoru Sergey Markov bununla bağlı Baku TV-yə fikirlərini bölüşüb. Onun sözlərinə görə, Ermənistan anlayır ki, Azərbaycan güclüdür:
“Təhlükəsizlik Şurası çox vacib bir mərhələ idi, uğursuz oldu. Lakin onlar eyni istiqamətdə gedəcəklər. Nəticə etibarilə onlar Qarabağın Azərbaycanın bir hissəsi olduğunu rəsmən tanımaq istəyirlər, buna baxmayaraq, Qarabağ ərazisində yaşayan erməni sakinlərin Azərbaycan hökumətinin qayda qanunu ilə deyil, hansısa başqa Ermənistanla dost münasibətlərində olan beynəlxalq strukturun qanunları altında yaşamasına nail olmaq istəyirlər. Məsələn, Fransa kimi beynəlxalq aləmdə ermənipərəst maraqlarını nümayiş etdirən bir ölkə olsun. Hesab edirəm ki, Ermənistanın Baş naziri Nikol Paşinyan və Fransa Prezidenti Emmanuel Makronun bu ssenarini həyata keçirmək üçün planı var. Bu yolda onlar indiyə qədər uğur əldə edə bilməyiblər, amma bunu həyata keçirmək üçün humanitar fəlakəti simulyasiya etmək qərarına gəliblər. Beləliklə, İrəvan yollar axtarır ki, Qarabağı hüquqi baxımdan Azərbaycanın ərazisi kimi tanısın, amma eyni zamanda bura faktiki və siyasi cəhətdən Azərbaycanın olmasın”.
Politoloqun sözlərinə görə, Azərbaycanın bu variantı həyata keçirməyə arzusu və ehtiyacı yoxdur. Çünki 2 ildən az müddətdə “Soçi razılaşmaları” başa çatacaq, Azərbaycan isə onları yeniləməyəcək. Bundan sonra Rusiya sülhməramlı kontingenti Qarabağı tərk etməli olacaq ki, bu da Azərbaycan Ordusunun bu bölgəyə nəzarəti tam bərpa etməsi və Ermənistan Silahlı Qüvvələrinin qalıqlarının, separatçı dəstələrin oradan çıxarılması ilə nəticələnəcək.
#Ermənistan teqi istifadə olunub
- Azərbaycan–Ermənistan arasında neft tədarükünün ilk mərhələsi - Baku TV
- Azərbaycandan gedən neft məhsulları Ermənistana çatdı
- Azərbaycan yanacağını Ermənistana çatdıran ilk qatarın görüntüləri - Baku TV
- Ermənistan–ABŞ işçi qrupunun ilk görüşü keçirilib
- Azərbaycandan Ermənistana ixrac edilən neft məhsulları Böyük Kəsik stansiyasına daxil oldu - Baku TV
