Siyasət
Pleyeri seçin:

İsrail nəşri: Britaniya Qərbi Zəngəzuru Azərbaycan ərazisi kimi qəbul edir | BİZDƏN NƏ DANIŞIRLAR?

14 oktyabr 2024

“Bizdən nə danışırlar?” verilişinin yeni buraxılışı efirə gedib.

Verilişdə bildirilib ki, hazırda bütün dünyanın gözü Azərbaycandadır, COP29-un keçirilməsinə beynəlxalq maraq ən yüksək səviyyədədir. Bir aydan sonra ölkəmizə xeyli sayda qonaq təşrif buyuracaq. Xarici KİV isə bunu diqqətlə izləyir.

Türkiyənin “Anadolu” agentliyi xəbər verir ki, Türkiyə COP29 prosesində Azərbaycanı dəstəkləyəcək. Mənbənin məlumatına əsasən, türkiyəli nazir Murat Kurum bildirib ki, Azərbaycan noyabrın 11-22-də BMT-nin İqlim Dəyişmələri ilə bağlı 29-cu Çərçivə Konvensiyasını qəbul edəcək. O, tərəflərin Konfransı prosesində Türkiyənin hər cür dəstək verəcəyini qeyd edib.

Rusiyanın “RG.RU” nəşri Azərbaycanla Braziliya arasında iqlim tərəfdaşlığı üzrə Anlaşma Memorandumunun imzalanmasına dair xəbər yayımlayıb. Qeyd olunub ki, memorandumun məqsədi COP29-un keçiriləcəyi Azərbaycan və COP30-a ev sahibliyi edəcək Braziliya arasında qlobal iqlim təşəbbüslərinin və dayanıqlı inkişafın təşviqi üçün əməkdaşlığı inkişaf etdirməkdir.

İsrailin “Jewish News Syndicate” nəşrində dərc olunan məqalədə Zəngəzur dəhlizindən bəhs olunub.

Mənbə oxucularının diqqətinə çatdırır ki, 44 günlük Vətən müharibəsi başa çatandan sonra Rusiya, Azərbaycan və Ermənistan rəhbərləri arasında imzalanmış üçtərəfli bəyanatda Zəngəzur dəhlizinin açılması barədə Ermənistanın üzərinə öhdəlik qoyulub.

İsrail mətbuatı bu məqamda tarixi faktlara da istinad edib. Vurğulanıb ki, hələ 1919-cu ildə Böyük Britaniya Zəngəzur dəhlizi üzərində Azərbaycanın yurisdiksiyasını təsdiqləsə də, bir il sonra, 1920-ci ildə Sovet hakimiyyəti bölgəni nəzarətə götürüb və Naxçıvanla Azərbaycanın əsas hissəsi arasında quru əlaqəsini kəsərək ərazini yenidən Ermənistan SSR-ə verib.

Məqalədə bir daha vurğulanıb ki, Böyük Britaniya Zəngəzur torpağını Azərbaycan ərazisi kimi tanıyıb və heç vaxt bundan imtina etməyib. Müəllif bildirib ki, beynəlxalq yükdaşımalarda Zəngəzur dəhlizinin əhəmiyyəti çox böyükdür, bu yolla yüklər zaman baxımından mənzilbaşına daha tez çatdırılacaq.

Azərbaycan, Ermənistan və Rusiya arasında üçtərəfli bəyanatın imzalanmasından 4 il ötür

Azərbaycan, Ermənistan və Rusiya arasında üçtərəfli bəyanatın imzalanmasından 4 il ötür

Siyasət
10 noyabr 2024
Almaniya Kansleri Olaf Şoltzla Prezident İlham Əliyev arasında telefon danışığı baş tutub

Almaniya Kansleri Olaf Şoltzla Prezident İlham Əliyev arasında telefon danışığı baş tutub

Siyasət
10 noyabr 2024
Peter Mixalko Azərbaycanı Dövlət Bayrağı Günü münasibətilə təbrik edib

Peter Mixalko Azərbaycanı Dövlət Bayrağı Günü münasibətilə təbrik edib

Siyasət
09 noyabr 2024
Ermənistan hansı ölkələrdən silah alır? | Sülhə yox, müharibəyə hazırlaşır…

Ermənistan hansı ölkələrdən silah alır? | Sülhə yox, müharibəyə hazırlaşır…

Siyasət
09 noyabr 2024
Azərbaycan XİN Pakistana başsağlığı verdi

Azərbaycan XİN Pakistana başsağlığı verdi

Siyasət
09 noyabr 2024
Xəzəryanı ölkələr dənizi niyə bölə bilmir? | GLOBAL PANORAMA

Xəzəryanı ölkələr dənizi niyə bölə bilmir? | GLOBAL PANORAMA

Siyasət
09 noyabr 2024
Azərbaycan alimi rus və ermənilərin Skif yalanlarını darmadağın etdi | QƏRBİ AZƏRBAYCAN XRONİKASI

Azərbaycan alimi rus və ermənilərin Skif yalanlarını darmadağın etdi | QƏRBİ AZƏRBAYCAN XRONİKASI

Siyasət
09 noyabr 2024
Ukraynada yaşayan azərbaycanlıların biznesi məhv oldu | Soydaşlarımız yaşadıqları hadisədən danışdı

Ukraynada yaşayan azərbaycanlıların biznesi məhv oldu | Soydaşlarımız yaşadıqları hadisədən danışdı

Siyasət
09 noyabr 2024
Milli mübarizəmizin simvolu olan üçrəngli bayrağımız haqqında nələri bilirik? - AYDIN TARİX

Milli mübarizəmizin simvolu olan üçrəngli bayrağımız haqqında nələri bilirik? - AYDIN TARİX

Siyasət
09 noyabr 2024
Milli Məclisin komissiyasından COP29-a qarşı hibrid hücumla bağlı açıqlama | Bəyanat yaydı

Milli Məclisin komissiyasından COP29-a qarşı hibrid hücumla bağlı açıqlama | Bəyanat yaydı

Siyasət
09 noyabr 2024
Seçilmişlər
icon