Makron və Paşinyan görüş zamanı nələri müzakirə etdi?
Fransa Prezidenti Emmanuel Makron bu ölkəyə səfər edən Ermənistanın Baş naziri Nikol Paşinyanı öz “ağıllı məsləhətləri” ilə yenə yoldan çıxarmaq istəyir.
Aydın məsələdir ki, Münxen Təhlükəsizlik Konfransından sonra Fransa dövlət başçısının erməni Baş naziri ayağına çağırması təsadüfi ola bilməzdi.
Münxendə Makronun yoxluğu sözün yaxşı mənasında hiss olunurdu. Azərbaycan və Ermənistan liderlərinin vasitəçilər olmadan görüşünün baş tutması sülh istiqamətində növbəti əlamətdar irəliləyiş idi. Lakin görünür, E.Makron Cənubi Qafqazda vəziyyəti gərginləşdirməyi ümdə məqsəd bilir. Belə ki, Paris İrəvana artıq hərbi yardım vədi də verib.
Məsələ ilə bağlı Baku TV-yə açıqlama verən millət vəkili Elman Nəsirov bildirib ki, Fransanın niyyəti regionda sülh deyil, Ermənistanda revanşizmi gücləndirmək, Üçüncü Qarabağ müharibəsinin baş verməsinə rəvac verməkdir:
“N.Paşinyan bir yandan Fransadan, Hindistandan hərbi dəstək alır, digər tərəfdən də sülhdən danışır. Azərbaycanla sülh müqaviləsinin imzalanmasına maraqlı olduğunu açıqlayır. Amma hərbi təxribatlara da imza atır. Yəni faktiki olaraq özü özünü inkar edən siyasət həyata keçirir. Nəticədə də sülh müqaviləsinin imzalanması ciddi problemə çevrilir”.