Siyasət
Pleyeri seçin:

“Moskva rəsmi Bakı ilə ermənilərin Qarabağa qayıdışını müzakirə edib” | BİZDƏN NƏ DANIŞIRLAR?

21 oktyabr 2024

“Bizdən nə danışırlar?” verilişinin yeni buraxılışı efirə gedib.

Verilişdə bildirilib ki, Azərbaycanın nailiyyətlərini gözü götürməyənləri ölkəmizin nüfuzlu COP29 kimi tədbirin ev sahibi olması çox narahat edir və buna görə də ölkəmizə qarşı hücumlar var. Amma ölkənin uğurlarını işıqlandıran xarici KİV isə daha çoxdur.

“Euronews” telekanalının saytında Bakıda keçiriləcək COP29 İqlim Sammitinin gündəliyi ilə bağlı Lottie Limbin məqaləsi dərc edilib.

Bildirilib ki, liderlər noyabrın 11-dən 22-dək iki həftə ərzində dünya iqlim tədbirlərini gücləndirməyin yollarını axtaracaqlar.

Türkiyənin “Daily Sabah” nəşri İstanbulda keçirilən Cənubi Qafqaz üzrə Regional Əməkdaşlıq Platformasının üçüncü iclası barədə xəbər yayımlayıb.

Mənbə bildirir ki, iclasda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Rusiyanın xarici işlər naziri Sergey Lavrov, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və İranın xarici işlər naziri Abbas Əraqçi iştirak ediblər.

İclasda regionda müharibə və qarşıdurma əvəzinə sabitliyin bərqərar olması və rifahın artırılması istiqamətində atılacaq addımların dəyərləndirildiyi, konkret əməkdaşlıq layihələri, o cümlədən regional əlaqələrin gücləndirilməsinin müzakirə olunduğu diqqətə çatdırılıb.

Rusiyanın “Komsomolskaya pravda” nəşri bildirir ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova rəsmi Moskvanın Bakı ilə ermənilərin Qarabağa qayıtması məsələsini müzakirə etdiyini açıqlayıb.

“Rusiyalı rəsmi Qarabağı tərk etmiş ermənilərin yaşamaq üçün Rusiyaya müraciət ediklərini və bu məsələdə onlara dəstək verdiklərini bildirib”, – deyə mənbə Mariya Zaxarovanın açıqlamasına istinad edib.

Braziliyalı nazir ölkələri öhdəliklərə sadiq qalmağa çağırıb

Braziliyalı nazir ölkələri öhdəliklərə sadiq qalmağa çağırıb

Siyasət
24 noyabr 2024
Muxtar Babayev konfransa qatılan iştirakçılara təşəkkürünü bildirdi

Muxtar Babayev konfransa qatılan iştirakçılara təşəkkürünü bildirdi

Siyasət
24 noyabr 2024
Annalena Berbokun ittihamlar səsləndirməsi qəbuledilməzdir | Hikmət Hacıyev

Annalena Berbokun ittihamlar səsləndirməsi qəbuledilməzdir | Hikmət Hacıyev

Siyasət
24 noyabr 2024
Kritik qlobal problemlər Bakıda həllini tapdı | COP29-un 13-cü günündə yaşananlar - COP BAKU

Kritik qlobal problemlər Bakıda həllini tapdı | COP29-un 13-cü günündə yaşananlar - COP BAKU

Siyasət
24 noyabr 2024
COP29 tədbirində mühüm irəliləyiş | Əməkdaşımız detalları açıqladı

COP29 tədbirində mühüm irəliləyiş | Əməkdaşımız detalları açıqladı

Siyasət
24 noyabr 2024
Rebekka Tissen COP29-da müzakirələrin aparıldığı otağı niyə tərk etdi?

Rebekka Tissen COP29-da müzakirələrin aparıldığı otağı niyə tərk etdi?

Siyasət
24 noyabr 2024
Azərbaycanın COP29 sədrliyinin növbəti uğuru

Azərbaycanın COP29 sədrliyinin növbəti uğuru

Siyasət
24 noyabr 2024
Pis razılaşma ilə razılaşmaqdansa, daha bir il... | Lidi Nakpildən açıqlama

Pis razılaşma ilə razılaşmaqdansa, daha bir il... | Lidi Nakpildən açıqlama

Siyasət
24 noyabr 2024
Bakıdan gözləntilərimiz böyükdür | İngiltərəli nümayəndə COP29-la bağlı tələblərini açıqladı

Bakıdan gözləntilərimiz böyükdür | İngiltərəli nümayəndə COP29-la bağlı tələblərini açıqladı

Siyasət
23 noyabr 2024
Qərb iqlim məsuliyyətini kimin üzərinə atır? | Almaniya XİN başçısının riyakarlığı

Qərb iqlim məsuliyyətini kimin üzərinə atır? | Almaniya XİN başçısının riyakarlığı

Siyasət
23 noyabr 2024
Seçilmişlər
icon