Müharibədən yorulan erməni xalqı: Paşinyan niyə məğlub olur?
“İstənilən siyasət müəyyən resurslar dəsti üçün etibarlıdır. Baxın deyirlər: “Paşinyan satqındır”. “Xəyanət” söhbəti, ümumiyyətlə, postsovet siyasətində çox dəbdədir. Amma gəlin fürsətçi deyil, obyektiv, ekspert mövqeyi tutmağa çalışaq. Paşinyanın Ermənistanın qələbəsinin təntənəsi üçün dünyada güclü dəstəyi varmı? Yox.
90-cı illərdə olduğu kimi Ermənistan cəmiyyətində yenə də Qarabağ uğrunda könüllü kimi qeydiyyatdan keçməyə hazır olan varmı? Yox. Çünki insanlar münaqişələrdən yorulur. Cəmiyyətin demobilizasiyası var ki, nə Paşinyan, nə də Köçəryanın öhdəsindən gələ bilir”.
Bunu rusiyalı politoloq Sergey Markedonov deyib.
O bildirib ki, siyasət mümkün olanın sənətidir: “Çörçil Stalinlə onu çox sevdiyi üçün yox və ya Şarl de Qoll öz ehtiraslı arzusu ilə Əlcəzairdən əl çəkmədi. Bir şey həqiqətən istədiyin üçün deyil, nəyinsə çatışmadığı üçün edilir. Amma Paşinyanın beynəlxalq dəstəyi, Azərbaycan Ordusu ilə müqayisə olunan ordusu yoxdur və iki qonşu ona qarşıdır. İnsanlar sadəcə yorğundurlar.
Gəlin bir dəqiqəlik təsəvvür edək! Nikol Paşinyan erməni xalqı tərəfindən xəyanətdə ittiham olunur, cəmiyyət onu rədd edir və devirməyə çalışır. Alternativ varmı və daha çox silah olacaqmı? ABŞ Konqresi Rusiya hökuməti ilə birlikdə Qarabağı tanıyacaqmı? Yeni hökumət itirilənləri geri qaytara biləcəkmi? Ritorik suallardır”.