Paşinyandan Azərbaycanla bağlı mühüm paylaşım | “Hər kəsi təbrik edirəm!”
“2025-ci ilin avqustu Ermənistan Respublikası üçün yeni dinc və firavan həyatın başlanğıcı oldu”.
Bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan özünün “Telegram” kanalında bildirib.
“Sülh bərqərar olub və bu bizim gündəlik qayğımız olmalı, həmçinin institusional əsas əldə etməlidir. Firavan həyatın başlanğıc nöqtəsi münasibətilə hamını təbrik edirəm”, – Baş nazir vurğulayıb.
Paşinyan həmçinin bəyan edib ki, 1990-cı ildə qəbul edilmiş Ermənistanın Müstəqillik Bəyannaməsi həmin dövrdə ölkədə fəaliyyət göstərən siyasi və intellektual elitanın kollektiv hisslərini ifadə edib.
“Bu, Bəyannamənin əsas ideoloji müddəalarının ziddiyyətli olması və Sovet İttifaqının 1950-ci illərdən tədricən, lakin ardıcıl olaraq bizə aşıladığı kollektiv vətənpərvərlik modelini ifadə etdiyi üçün baş verdi”, – Paşinyan yazıb.
Onun fikrincə, bu şəkildə formalaşan sosial psixologiya müstəqil Ermənistan dövlətinin mövcudluğunu mümkünsüz etməyə yönəlmişdi.
“Biz Qarabağ hərəkatını davam etdirməməliyik, çünki bu, Ermənistan Respublikasının müstəqilliyinin ləğvi deməkdir”, – deyə o bildirib.
Siyasətçi Ermənistan və Azərbaycan arasında sülhün, həmçinin Türkiyə ilə dialoqun mümkün olduğu hazırkı hökumət strategiyasının ən düzgün yol olduğunu qeyd edib.
#Ermənistan teqi istifadə olunub
- Naxçıvanda yenidənqurma prosesi | ADY-dən sərhəddə görülən işlər barədə açıqlama- Baku TV
- Naxçıvan dəmir yolunun Ermənistanla sərhədində tikintiyə başlanıldı - Baku TV CANLI
- "Qərbi Azərbaycanda yaşamış azərbaycanlıların mədəni irsini məhv ediblər" | Prezident - Baku TV
- İrəvanda arxiyepiskop Arşak Xaçatryan saxlanılıb
- Kərki kəndinin qaytarılması Ermənistanda niyə təşviş yaradır? | QƏRBİ AZƏRBAYCAN XRONİKASI
