Siyasət
Pleyeri seçin:

Paşinyanın 5 aprel görüşü barədə ümidləri boşa çıxdı?

05 aprel 2024

Blinkendən sonra Avropa Komissiyasının Prezidenti Ursula Fon der Leyen də Əliyevə zəng etdi. Brüsseldə Paşinyanla görüşəcək hər iki tərəfin – Blinken və Leyenin öncə Əliyevlə danışması Bakının narahatlığının diqqətə alındığını göstərir. Bu, Fransadan fərqli olaraq, ABŞ və Avropa Birliyinin Ermənistana dəstək məsələsində də Azərbaycanın mövqeyini nəzərə alacağı gözləntisini yaradır, əks təqdirdə, görüş öncəsi Bakıya zəng etmək zərurəti hiss etməzdilər.

Beləliklə, Əliyev rəsmi İrəvanın ümid yeri kimi baxdığı prosesə müdaxilə etməyi bacardı və bu, Ermənistan-AB-ABŞ formatında atılacaq addımlara da yön verə bilər.

Birincisi, AB və ABŞ görüşün məqsədinin “iqtisadi xarakter” daşıdığını açıqlayıb və Ermənistan “iqtisadiyyatının şaxələndirilməsi, bu ölkəyə humanitar yardımların ayrılması”nın müzakirə ediləcəyi bildirilir: AB balansın qorunması naminə humanitar məqsədlər üçün Azərbaycana da yardımlar ayıra, yaxud Bakı bu məsələni qaldıra bilər; 2021-ci ildə AB-nin Ermənistana 2,6 milyard, Azərbaycana 150 milyon avroluq maliyyə paketi ayırması Bakının haqlı tənqidinə səbəb oldu, nəticədə 2022-ci ildə Brüssel Azərbaycana 2 milyard avroluq maliyyə paketi ayırdı; analoji prosesin bu dəfə də baş verməsi, yaxud rəsmi Bakının bu istiqamətdə mövqe qoyması mümkündür.

İkincisi, “iqtisadi gündəm” daşıdığı deyilən Brüsseldə hərbi yardım məsələlərinin də müzakirə ediləcəyi istisna deyil, yaxud bu görüşün Qərb qüvvələrinin Ermənistanın “təhlükəsizliyi və müdafiəsi” aspektindən bölgədə mənzillənməsi zərurətinə “qapı açacağı” gözlənilir: Blinkenlə Leyenin zəngi və Əliyevin mövqeyi isə AB-ABŞ cütlüyünün bu məsələdə də daha ehtiyatlı davranacağı fikrini ön plana çıxarır; Bakı ilə münasibətləri nəzərə alan AB və ABŞ-nin arxa fonda dayanaraq, Ermənistanın silahlandırılması işini bunu həyata keçirən Fransa üzərindən sürətləndirəcəyi ssenarisi mümkün variantlardan biridir.

Fuat Oktay sülh müqaviləsindən danışdı | Cənubi Qafqaz üçün önəmi

Fuat Oktay sülh müqaviləsindən danışdı | Cənubi Qafqaz üçün önəmi

Siyasət
07 dekabr 2024
Bakıda Beynəlxalq Parlament Konfransı | Sahibə Qafarovanın çıxışında diqqətçəkən məqam

Bakıda Beynəlxalq Parlament Konfransı | Sahibə Qafarovanın çıxışında diqqətçəkən məqam

Siyasət
07 dekabr 2024
Keçmiş Qarabağ separatçıları barədə vacib məlumat

Keçmiş Qarabağ separatçıları barədə vacib məlumat

Siyasət
07 dekabr 2024
Dövlət başçısı İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidentini təbrik etdi

Dövlət başçısı İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidentini təbrik etdi

Siyasət
07 dekabr 2024
Onlar bizim şərəfimizi və ləyaqətimizi əlimizdən alıblar | Sen Martinlilərin etiraz səbəbi

Onlar bizim şərəfimizi və ləyaqətimizi əlimizdən alıblar | Sen Martinlilərin etiraz səbəbi

Siyasət
06 dekabr 2024
Ramil Həsən ermənilərin törətdiklərindən danışdı | Qərbi Azərbaycan mədəni irsi ilə tanışlıq

Ramil Həsən ermənilərin törətdiklərindən danışdı | Qərbi Azərbaycan mədəni irsi ilə tanışlıq

Siyasət
06 dekabr 2024
Sülhü girov sənədinə çevirənlər kimlərdir? | Ekspertlərdən mühüm açıqlama

Sülhü girov sənədinə çevirənlər kimlərdir? | Ekspertlərdən mühüm açıqlama

Siyasət
06 dekabr 2024
BQXK sakinlərimizə hansı yardımı göstərib? | Tərəflərin razılığından sonra elan edirdik ki...

BQXK sakinlərimizə hansı yardımı göstərib? | Tərəflərin razılığından sonra elan edirdik ki...

Siyasət
06 dekabr 2024
Niderland və Fransanın Sen Martindəki fəaliyyəti pisləndi | Fond katibindən açıqlama

Niderland və Fransanın Sen Martindəki fəaliyyəti pisləndi | Fond katibindən açıqlama

Siyasət
06 dekabr 2024
İlham Əliyevdən Avropa Komissiyasının Prezidentinə təbrik məktubu

İlham Əliyevdən Avropa Komissiyasının Prezidentinə təbrik məktubu

Siyasət
06 dekabr 2024
Seçilmişlər
icon