Siyasət
Pleyeri seçin:
Paşinyanla Rusiya Baş naziri arasında vacib danışıq
Ermənistanın Baş naziri Nikol Paşinyanla rusiyalı həmkarı Mixail Mişustin arasında telefon danışığı olub.
Bu barədə Baş nazirin Mətbuat xidmətindən bildirilib. Söhbət zamanı N.Paşinyan İrəvanla Moskva arasında münasibətlərin möhkəmlənməsinə Rusiya hökuməti başçısının şəxsi töhfəsini xüsusi qeyd edib.
Tərəflər konstruktiv dialoq barədə fikir mübadiləsi aparıblar. Onlar ikitərəfli və regional əlaqələri müzakirə ediblər.
Paşinyan həmçinin həmkarını ad günü münasibətilə təbrik edib. O, rusiyalı həmkarına Ermənistan və Rusiya arasında müttəfiqlik ənənələrinə, iki ölkə xalqlarının qarşılıqlı dəstəyinə əsaslanan münasibətlərin möhkəmlənməsinə dair səylərinə görə təşəkkür edib.
Kopyalandı
Seçilmişlər