Türkdilli dövlətlərin birləşməsində Azərbaycan və Türkiyənin rolu
Siyasi risklərin və təhlükələrin artdığı dövrdə bir-birinə tarixi köklərlə bağlı olan türk dövlətlərinin istər siyasi, istər hərbi, istərsə də digər istiqamətlərdə bir yumruq kimi birləşməsi mühüm əhəmiyyət daşıyır.
Xüsusən də Türk Dövlətləri Təşkilatının növbədənkənar Zirvə toplantısının Türk dünyasının mədəniyyət paytaxtlarından olan Şuşada təşkil olunması, o cümlədən Şimali Kipr Türk Respublikasının müşahidəçi üzv statusunda görüşə dəvət edilməsi mövcud geosiyasi kataklizmlərin artdığı və yeni dünya nizamının formalaşdığı bir vaxtda Türk Dövlətləri Təşkilatının da beynəlxalq arenada özünəməxsus yer tutacağından və bu istiqamətdə səylərini davam etdirdiyindən xəbər verir.
Azərbaycan-Türkiyə münasibətlərinin türkdilli ölkələrin birləşməsi istiqamətində mühüm rol oynadığı danılmazdır.
Təbii ki, iki qardaş ölkənin əməkdaşlıq perspektivləri türk dövlətləri arasındakı inteqrasiyaya bundan sonra da töhfə verəcək və gələcəkdə Türk dünyasının inkişafında mühüm rol oynayacaq.