Pleyeri seçin:

Üçtərəfli görüşlərin əhəmiyyəti | Polad Bülbüloğlu TASS-a müsahibə verdi

27 yanvar 2024 674 baxış

“Moskva Azərbaycan və Ermənistan arasında sülh danışıqları üçün platforma olmaqda davam edir”.

Bunu “TASS”a müsahibəsində Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu deyib.

“Bu gün biz Rusiyaya Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılması üçün göstərdiyi vasitəçilik səylərinə görə minnətdarıq və Moskva sülh danışıqları üçün platforma olmaqda davam edir”, – diplomatik missiyanın rəhbəri qeyd edib. Nümunə olaraq səfir Rusiyanın xarici işlər naziri Sergey Lavrovun təşəbbüsü ilə 2023-cü ilin iyulunda baş tutan son üçtərəfli görüşü, həmçinin Azərbaycan, Rusiya və Ermənistan baş nazirlərinin müavinlərinin həmsədrlik etdiyi işçi qrupunun fəaliyyətini xatırladıb. Belə ki, bu çərçivədə Moskvada regionda iqtisadi əlaqələrin və nəqliyyat kommunikasiyalarının blokdan çıxarılması məsələlərinə dair bir neçə dəfə görüşlər keçirilib.

“Xüsusilə qeyd etmək istərdim ki, Azərbaycan Respublikası artıq tarixə çevrilmiş Ermənistan-Azərbaycan münaqişəsinin həllində Rusiya Federasiyasının rolunu yüksək qiymətləndirir. Prezident İlham Əliyev son müsahibəsində Rusiya Prezidenti Vladimir Putinin hərbi əməliyyatların dayandırılmasında şəxsi rolunu yüksək qiymətləndirib”, – diplomat vurğulayıb.

O, həmçinin Azərbaycan və Ermənistan liderlərinin MDB dövlət başçılarının Sankt-Peterburqda ənənəvi olaraq Yeni il öncəsi keçirilən qeyri-rəsmi sammiti çərçivəsində danışdıqlarını da xatırladıb:

“Bu cür tədbirlər çərçivəsində dövlət rəhbərlərinin “ayaq üstə” qısa söhbətlər aparmaq fürsətindən istifadə etməsi adi bir təcrübədir. Azərbaycan ondan çıxış edir ki, görüşlər müstəsna olaraq regionda uzunmüddətli sülh, sabitlik və təhlükəsizliyin tezliklə bərqərar olmasına yönəlməlidir və artıq yaxşı nəticələr verən birbaşa ikitərəfli danışıqların aparılması təcrübəsi mövcuddur. Başımızın üstündə dinc səmaya ehtiyacımız var”.

Banner
Prezidentin sosial şəbəkə hesablarında Qarabağa səfəri ilə bağlı videoçarx paylaşılıb - Baku TV

Prezidentin sosial şəbəkə hesablarında Qarabağa səfəri ilə bağlı videoçarx paylaşılıb - Baku TV

Siyasət
07 noyabr 2026 674 baxış
İrəvanın yeni təhlükəsizlik axtarışı

İrəvanın yeni təhlükəsizlik axtarışı

Siyasət
07 noyabr 2026 674 baxış
Azərbaycan, ABŞ və Ermənistan hökumətləri birgə bəyanat yaydı

Azərbaycan, ABŞ və Ermənistan hökumətləri birgə bəyanat yaydı

Siyasət
07 noyabr 2026 674 baxış
Prezidentin sosial şəbəkə hesablarında İkinci Qarabağ müharibəsinə dair kadrlar paylaşılıb - Baku TV

Prezidentin sosial şəbəkə hesablarında İkinci Qarabağ müharibəsinə dair kadrlar paylaşılıb - Baku TV

Siyasət
07 noyabr 2026 674 baxış
Azərbaycan, ABŞ və Ermənistan arasında texniki əməkdaşlıq genişlənir - Baku TV

Azərbaycan, ABŞ və Ermənistan arasında texniki əməkdaşlıq genişlənir - Baku TV

Siyasət
07 noyabr 2026 674 baxış
Haqqıxlı kəndinin adı dəyişdirildi, azərbaycanlı sakinləri isə doğma yurdlarından qovuldular

Haqqıxlı kəndinin adı dəyişdirildi, azərbaycanlı sakinləri isə doğma yurdlarından qovuldular

Siyasət
07 noyabr 2026 674 baxış
İlham Əliyev Ağdam Zeytun müəssisəsinin fəaliyyəti ilə tanış olub - Baku TV

İlham Əliyev Ağdam Zeytun müəssisəsinin fəaliyyəti ilə tanış olub - Baku TV

Siyasət
07 noyabr 2026 674 baxış
Azərbaycanla demoqrafik fərq Ermənistanı narahat edir - Baku TV

Azərbaycanla demoqrafik fərq Ermənistanı narahat edir - Baku TV

Siyasət
07 noyabr 2026 674 baxış
Prezident Ağdam Sənaye Parkında | Yeni müəssisənin açılışı baş tutdu - Baku TV

Prezident Ağdam Sənaye Parkında | Yeni müəssisənin açılışı baş tutdu - Baku TV

Siyasət
07 noyabr 2026 674 baxış
Prezident İlham Əliyev Ağdamda müəssisənin açılışında iştirak edib - Baku TV

Prezident İlham Əliyev Ağdamda müəssisənin açılışında iştirak edib - Baku TV

Siyasət
07 noyabr 2026 674 baxış
Seçilmişlər
icon