Pleyeri seçin:

Xristianlıq dövrü abidələrimizə sahib çıxa bilmədik deyə, ermənilər öz adlarına çıxdılar

16 oktyabr 2024 427 baxış

“Qərbi Azərbaycan Xronikası” layihəsi çərçivəsində “Xristianlıq dövrü abidələrimizə sahib çıxa bilmədik deyə ermənilər öz adlarına çıxardılar” adlı veriliş yayımlanıb.

Verilişdə tarix üzrə fəlsəfə doktoru Bəxtiyar Həsənov hayların 19-cu əsrdə Qərbi Azərbaycana köçürülməsindən sonra Azərbaycan mülkədarlarına məxsus torpaqların məhkəmə qərarları ilə əllərindən alınıb ermənilərə verilməsindən bəhs edib.

O bildirib ki, Çar Rusiyası erməniləri Azərbaycanın xəzinə torpaqlarında yerləşdirmək adı ilə o vaxt saxta məhkəmələr qurub:

“Bununla da Azərbaycan mülkədarlarının torpaqlarını erməniyə vermək üçün böyük məhkəmə oyunu başlayıb. Azərbaycanlı torpaq sahibləri illərlə müqavimət göstərsə də, rusların məhkəmə sistemi ermənilərin xeyrinə qərarlar verib. Köçürülən ermənilərin torpaq tutmaq hiyləgərliyinə çar hakimiyyəti dəstək verib.

Elə vəziyyət yaranıb ki, 12 il davam edən prosesdə məhkəmə sübut tapa bilməyib, əsas olmadan Azərbaycan mülkədarının əleyhinə qərarlar çıxarıb. Hətta ruslar köçürülən ermənilərə Azərbaycan əhalisini talayıb, dolanışıq qurmaq göstərişi də verib”.

Onun sözlərinə görə, İrandan Dərələyəz mahalına köçürülən erməniləri rusların başqa adla təqdim etmək cəhdini Həsənalı Sultan ifşa edib:

“Rus işğalından qorunmaq üçün Cənubi Azərbaycana keçən azərbaycanlıların evlərinə qanunsuz yolla ermənilər yerləşdirilirdi”.

B.Həsənov bəzi qaranlıq məqamlara da aydınlıq gətirib və deyib ki, Qərbi Azərbaycanda 200-dən çox məscidin olmasını sübut edən sənədlər var:

“Xristianlıq dövrü abidələrimizə sahib çıxa bilmədiyimiz üçün ermənilər öz adlarına çıxardılar”.

Banner
Bir Qələbə, milyonlarla qürur və unudulmayan qəhrəmanlıq - Baku TV CANLI

Bir Qələbə, milyonlarla qürur və unudulmayan qəhrəmanlıq - Baku TV CANLI

Siyasət
07 noyabr 2026 427 baxış
Prezidentin sosial şəbəkə hesablarında Qarabağa səfəri ilə bağlı videoçarx paylaşılıb - Baku TV

Prezidentin sosial şəbəkə hesablarında Qarabağa səfəri ilə bağlı videoçarx paylaşılıb - Baku TV

Siyasət
07 noyabr 2026 427 baxış
İrəvanın yeni təhlükəsizlik axtarışı

İrəvanın yeni təhlükəsizlik axtarışı

Siyasət
07 noyabr 2026 427 baxış
Azərbaycan, ABŞ və Ermənistan hökumətləri birgə bəyanat yaydı

Azərbaycan, ABŞ və Ermənistan hökumətləri birgə bəyanat yaydı

Siyasət
07 noyabr 2026 427 baxış
Prezidentin sosial şəbəkə hesablarında İkinci Qarabağ müharibəsinə dair kadrlar paylaşılıb - Baku TV

Prezidentin sosial şəbəkə hesablarında İkinci Qarabağ müharibəsinə dair kadrlar paylaşılıb - Baku TV

Siyasət
07 noyabr 2026 427 baxış
Azərbaycan, ABŞ və Ermənistan arasında texniki əməkdaşlıq genişlənir - Baku TV

Azərbaycan, ABŞ və Ermənistan arasında texniki əməkdaşlıq genişlənir - Baku TV

Siyasət
07 noyabr 2026 427 baxış
Haqqıxlı kəndinin adı dəyişdirildi, azərbaycanlı sakinləri isə doğma yurdlarından qovuldular

Haqqıxlı kəndinin adı dəyişdirildi, azərbaycanlı sakinləri isə doğma yurdlarından qovuldular

Siyasət
07 noyabr 2026 427 baxış
İlham Əliyev Ağdam Zeytun müəssisəsinin fəaliyyəti ilə tanış olub - Baku TV

İlham Əliyev Ağdam Zeytun müəssisəsinin fəaliyyəti ilə tanış olub - Baku TV

Siyasət
07 noyabr 2026 427 baxış
Azərbaycanla demoqrafik fərq Ermənistanı narahat edir - Baku TV

Azərbaycanla demoqrafik fərq Ermənistanı narahat edir - Baku TV

Siyasət
07 noyabr 2026 427 baxış
Prezident Ağdam Sənaye Parkında | Yeni müəssisənin açılışı baş tutdu - Baku TV

Prezident Ağdam Sənaye Parkında | Yeni müəssisənin açılışı baş tutdu - Baku TV

Siyasət
07 noyabr 2026 427 baxış
Seçilmişlər
icon