Pleyeri seçin:

Azərbaycan-İran dövlət sərhədinin tam nəzarətə götürülməsindən dörd il keçir

22 oktyabr 2024 253 baxış

Azərbaycan-İran dövlət sərhədinin uzun illər Ermənistan Silahlı Qüvvələri tərəfindən zəbt edilən 132 kilometrlik hissəsinin işğaldan azad olunmasının dördüncü ildönümüdür.

2020-ci il oktyabrın 22-də Zəngilan rayonunun Ağbənd qəsəbəsi işğaldan azad olunub. Bununla da, otuz ilə yaxın işğal altında olan Azərbaycan-İran dövlət sərhədi tam nəzarətə götürülüb. Həmin gün Ağbənd qəsəbəsi ilə yanaşı, Zəngilan rayonunun Kolluqışlaq, Malatkeşin, Kənd Zəngilan, Genlik, Vəliqulubəyli, Qaradərə, Çöpədərə, Tatar, Tiri, Əmirxanlı, Qarqulu, Bartaz, Dəlləkli kəndlərinin, eləcə də Füzuli rayonunun Mollavəli, Yuxarı Rəfidinli, Aşağı Rəfidinli və Cəbrayıl rayonunun Sirik, Şıxlar, Məstəlibəyli, Dərzili kəndləri də düşməndən təmizlənib.

Ölkə rəhbərinin tapşırığı ilə Dövlət Sərhəd Xidməti tərəfindən qısa müddət ərzində İran-Azərbaycan sərhədinin digər istiqamətlərindəki kimi işğaldan azad olunan hissəsində də bütün zəruri mühafizə infrastrukturu yaradılıb. Burada sərhəd zastavalarının fəaliyyəti bərpa edilib.

Qeyd edək ki, Ağbənd qəsəbəsi Zəngilanın Vejnəli kənd inzibati ərazi dairəsinə aiddir və 1993-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. Qəsəbə Araz çayının sahilində, Ağbənd dağının ətəyində yerləşir. Yaşayış məntəqəsinin adı ətəyində salındığı dağın adından götürülüb.

"Bayrağımızı daim ucaltmaq istəyirəm" | Heydər Əliyev adına hərbi liseydə mediatur - Baku TV

"Bayrağımızı daim ucaltmaq istəyirəm" | Heydər Əliyev adına hərbi liseydə mediatur - Baku TV

Cəmiyyət
10 may 2026 253 baxış
"Yazırdılar ki, Bakıya gəlmə, sizi məhv edəcəyik” | Heydər Əliyevi niyə sıxışdırırdılar?

"Yazırdılar ki, Bakıya gəlmə, sizi məhv edəcəyik” | Heydər Əliyevi niyə sıxışdırırdılar?

Cəmiyyət
10 may 2026 253 baxış
Tədqiqat üçün 7 min insan 10 il müşahidə olunub

Tədqiqat üçün 7 min insan 10 il müşahidə olunub

Cəmiyyət
10 may 2026 253 baxış
“Dində də tamadalıq edirlər” | Əlibəy Məmmədli: “Fəlsəfəni düzgün başa düşməmişik” - QAPQARA

“Dində də tamadalıq edirlər” | Əlibəy Məmmədli: “Fəlsəfəni düzgün başa düşməmişik” - QAPQARA

Cəmiyyət
09 may 2026 253 baxış
Sakinlər qəzalı vəziyyətdəki işıq dirəyinin problem yaratdığını bildirirlər - Baku TV

Sakinlər qəzalı vəziyyətdəki işıq dirəyinin problem yaratdığını bildirirlər - Baku TV

Cəmiyyət
09 may 2026 253 baxış
Ustad Aşıq Hüseyn Saraçlının xatirəsi anılıb və sənətə verdiyi töhfələr yad edilib - Baku TV

Ustad Aşıq Hüseyn Saraçlının xatirəsi anılıb və sənətə verdiyi töhfələr yad edilib - Baku TV

Cəmiyyət
09 may 2026 253 baxış
Süni zəka ilə yaradılan yalan məlumatları yayanlara qarşı sərt cəzalar tətbiq olunacaq - Baku TV

Süni zəka ilə yaradılan yalan məlumatları yayanlara qarşı sərt cəzalar tətbiq olunacaq - Baku TV

Cəmiyyət
09 may 2026 253 baxış
Qadınlar eyni işə görə kişilərdən az maaş alır? | Əmək Məcəlləsində dəyişiklik - Baku TV

Qadınlar eyni işə görə kişilərdən az maaş alır? | Əmək Məcəlləsində dəyişiklik - Baku TV

Cəmiyyət
09 may 2026 253 baxış
Xırdalanda ağacları kim kəsir? - Dövlət qurumu məsələyə münasibət bildirdi - Baku TV

Xırdalanda ağacları kim kəsir? - Dövlət qurumu məsələyə münasibət bildirdi - Baku TV

Cəmiyyət
09 may 2026 253 baxış
Amputasiya riskinin olmaması üçün şəkər xəstələri nələrə diqqət etməlidir? - BAKU MED

Amputasiya riskinin olmaması üçün şəkər xəstələri nələrə diqqət etməlidir? - BAKU MED

Cəmiyyət
09 may 2026 253 baxış
Seçilmişlər
icon