Pleyeri seçin:
Çuğundurun saysız-hesabsız faydaları olsa da... | Həkimlərdən xəbərdarlıq
Çuğundurun saysız-hesabsız faydaları haqqında hər birimiz məlumatlıyıq. Amma vitaminlərlə zəngin hesab etdiyimiz bu tərəvəzi hər kəs yeməməlidir.
Böyrəklərdə daşların əmələ gəlməsinə meyilli insanlar bu tərəvəzin istehlakını məhdudlaşdırmalıdırlar. Rusiyalı ekspertlər bu qənaətdədirlər.
Mütəxəssislər həmçinin əlavə ediblər ki, çuğundurun tərkibində qanda qlükoza səviyyəsinin dəyişməsinə səbəb ola bilən şəkərlər var. Ona görə də şəkərli diabet xəstələrinə çuğunduru normada istehlak etmələri və şəkər səviyyələrini diqqətlə izləmələri tövsiyə olunur.
Ekspertlərin sözlərinə görə, çuğundur həm də təzyiqi aşağı salır ki, bu da aşağıtəzyiqli insanlar üçün çox zərərlidir.
Kopyalandı
#Diabet xəstəliyi teqi istifadə olunub
- Çox şirin içkilərin zərəri
- Psixi xəstəliklərin əsas yaranma səbəbi nədir? | Genetik faktorların mühüm rolu
- Genlərin fəaliyyətini idarə etmək üçün görün nələr hazırlandı | Mütəxəssislərdən açıqlama
- Diabetdə inqilabi üsul | İynə vurmadan diabeti tənzimləmək üçün...
- Əsl təhlükə böyrümüzdə imiş | Yorğunluq və şişkinlik varsa...
