Pleyeri seçin:

“Hamısı çatladı” | Çernobıl əlili çarəsiz halda: “Gecə evdən səs gəlir, sanki zəlzələdir” - Baku TV

29 aprel 2026 474 baxış

Masallı rayon sakini, II qrup Çernobıl əlili Tahir Abdullayev illərdir beş nəfər ailə üzvü ilə birlikdə qəzalı vəziyyətdə olan evdə yaşadığını bildirir.

O, Baku TV-nin qaynar xəttinə müraciət edərək qeyd edib ki, 2015-ci ildən mənzil növbəsində olsa da, bu günə qədər mənzillə təmin olunmayıb.

Tahir Abdullayevin sözlərinə görə, ilkin mərhələdə sənədlərdə texniki səhv baş verib və ailə üzvlərinin adları sərəncama daxil edilməyib. Daha sonra düzəliş edilsə də, məsələ həllini tapmayıb.

“Sosial Xidmətlər Agentliyi tərəfindən mənə birotaqlı mənzil ayrılmışdı. Dərhal İcra Hakimiyyətinə müraciət etdim, sənədlərdə düzəliş edildi və yeni sərəncam Agentliyə göndərildi. Bildirdilər ki, bir aya komissiya toplanacaq. Amma uzun müddət keçsə də, heç bir nəticə olmadı”, – deyə Tahir Abdullayev qeyd edib.

O əlavə edib ki, yaşadığı ev ciddi şəkildə deformasiyaya uğrayıb, divarlarda dərin çatlar yaranıb və tikili hər an uçmaq təhlükəsi ilə üz-üzədir: “Evin bir tərəfi çöküb. Burada yaşamağa məcburuq. Kiçik bir zəlzələ olsa, ev tamamilə uçacaq”.

Sosial Xidmətlər Agentliyindən isə bildirilib ki, Tahir Abdullayevin sənədlərinə baxış zamanı onun Masallı rayonunda istifadəsində fərdi yaşayış evinin olduğu müəyyən edilib.

Qeyd olunub ki, Mənzil Məcəlləsinə əsasən, mülkiyyətində yaşayış sahəsi olan vətəndaşa sosial kirayə müqaviləsi ilə verilən yaşayış sahəsinin ümumi ölçüsü müəyyənləşdirilərkən həmin əmlak da nəzərə alınır. Bu səbəbdən vətəndaşın Masallı rayonunda olan əmlakı da hesablanaraq onun birotaqlı mənzillə təmin olunması nəzərdə tutulub.

Agentlikdən əlavə olunub ki, Tahir Abdullayevin sosial-məişət şəraitinin yaxşılaşdırılması məsələsinə qanunvericiliyə uyğun olaraq növbəlilik qaydasında baxılacaq.

Kopyalandı
Banner
“O səs qulağımdan getmir!” | Mərdanovlar ailəsi aylardır qorxu içində qalıb - Baku TV

“O səs qulağımdan getmir!” | Mərdanovlar ailəsi aylardır qorxu içində qalıb - Baku TV

Cəmiyyət
14 noyabr 2026 474 baxış
"Keçinin ağzına bax" - Özünüməşğulluq proqramından yararlanmaq istəyən 2 ailə şikayətçidir - Baku TV

"Keçinin ağzına bax" - Özünüməşğulluq proqramından yararlanmaq istəyən 2 ailə şikayətçidir - Baku TV

Cəmiyyət
14 noyabr 2026 474 baxış
Güclü külək və sel təhlükəsi | Bu günlərdə küçəyə çıxarkən ehtiyatlı olun - Baku TV CANLI

Güclü külək və sel təhlükəsi | Bu günlərdə küçəyə çıxarkən ehtiyatlı olun - Baku TV CANLI

Cəmiyyət
14 noyabr 2026 474 baxış
“Piyada da haqlıdır, sürücü də” | İnşaatçılar prospektində böyük təhlükə: sürücülər çaşbaş qalıb...

“Piyada da haqlıdır, sürücü də” | İnşaatçılar prospektində böyük təhlükə: sürücülər çaşbaş qalıb...

Cəmiyyət
14 noyabr 2026 474 baxış
“Yalandır, böhtandır!” | Çörək zavodu ilə bağlı qalmaqallı iddia | “İçinə qatırlar ki...” - Baku TV

“Yalandır, böhtandır!” | Çörək zavodu ilə bağlı qalmaqallı iddia | “İçinə qatırlar ki...” - Baku TV

Cəmiyyət
14 noyabr 2026 474 baxış
Katarakt xəstəliyində əməliyyat vacibdir? - Görmə itkisinə aparan xəstəliklər hansılardır? - BAKU MED

Katarakt xəstəliyində əməliyyat vacibdir? - Görmə itkisinə aparan xəstəliklər hansılardır? - BAKU MED

Cəmiyyət
14 noyabr 2026 474 baxış
Sumqayıtdakı zavodla bağlı qalmaqallı iddia | Çörəyin içindən nə çıxdı? - Baku TV CANLI

Sumqayıtdakı zavodla bağlı qalmaqallı iddia | Çörəyin içindən nə çıxdı? - Baku TV CANLI

Cəmiyyət
14 noyabr 2026 474 baxış
“Elə indi ustaya gedirəm bunlara görə” | Buzovna sakinləri şikayət etdi - Baku TV

“Elə indi ustaya gedirəm bunlara görə” | Buzovna sakinləri şikayət etdi - Baku TV

Cəmiyyət
13 noyabr 2026 474 baxış
“Beynimdən travma almışam, hər yerim ağrıyır” | 59 yaşlı qadının pensiyası niyə kəsilib? - Baku TV

“Beynimdən travma almışam, hər yerim ağrıyır” | 59 yaşlı qadının pensiyası niyə kəsilib? - Baku TV

Cəmiyyət
13 noyabr 2026 474 baxış
Təhsildə rekord dövlət sifarişi: Əmək bazarının hansı ehtiyacları əsas götürülməlidir?

Təhsildə rekord dövlət sifarişi: Əmək bazarının hansı ehtiyacları əsas götürülməlidir?

Cəmiyyət
13 noyabr 2026 474 baxış
Seçilmişlər
icon