Pleyeri seçin:
“Piyada da haqlıdır, sürücü də” | İnşaatçılar prospektində böyük təhlükə: sürücülər çaşbaş qalıb...
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Bakının Yasamal rayonunda, İnşaatçılar prospektindən Bakıxanov küçəsi istiqamətinə gedən yolda təhlükəli vəziyyət yaranıb.
Belə ki, prospekt istiqamətindən gəlib sağa dönmək istəyən avtomobillər üçün 24 saat yaşıl işıq yansa da, dönmə manevrinin qarşısında piyada keçidi yerləşir. Bu zaman həm sürücülər, həm də piyadalar üçün yaşıl işıq yandığından hər iki tərəf hərəkətdə üstünlüyə malik olduğunu düşünür.
Nəticədə sürücülər qəfil qarşılarına çıxan piyadaları vurmamaq üçün kəskin əyləc etməli olurlar. Arxadan gələn avtomobillər isə vaxtında dayana bilmədikdə toqquşma təhlükəsi yaranır.
Sakinlərin və sürücülərin bildirdiyinə görə, xüsusilə axşam saatlarında həmin ərazidə qəzalar baş verir.
Kopyalandı
#Yasamal rayonu teqi istifadə olunub
- "Deyirlər, nə istəyəcəyik, edəcəyik..." | Yasamalda tikinti şirkəti sakinləri hədələyir? - Baku TV
- "Axan su zirzəmiyə dolur" | Zirzəmiyə yığılan su yaşayışı dözülməz hala gətirib - Baku TV
- Yasamalda baş verən hadisə qorxulu anlar yaşatdı - Baku TV
- "Hakim öz vəzifəsindən sui-istifadə edir" | Sakinlərin iddiasına Ali Məhkəmədən cavab - Baku TV
