Həkimlər hansı qayda pozuntularına görə cəzalandırılacaq? | Qurumdan təcili xəbərdarlıq
Son zamanlar mediada və sosial şəbəkələrdə həkimlərin canlı yayım açması faktları ilə bağlı müvafiq qanunvericiliyə əsasən araşdırmalar aparılır, nəticə olaraq xəbərdarlıq və cərimələr tətbiq edilir.
Bu barədə Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi (AEM) məlumat yayıb.
“Əməliyyat zamanı çəkiliş yalnız elmi-tədris məqsədilə tam sanitar-gigiyenik qaydalara riayət edilməklə cərrahiyyə otaqlarında xüsusi tələblərə uyğun quraşdırılan texniki avadanlıqlar vasitəsilə həyata keçirilə bilər.
Qeyd olunan fəaliyyət “Reklam haqqında” Qanunun 29.1-ci maddəsinə əsasən, reklam hesab olunur və İnzibati Xətalar Məcəlləsinin 428.4-cü maddəsinə əsasən, tətbiqinə icazə verilməyən müalicə, profilaktika, diaqnostika və reabilitasiya metodlarının reklam edilməsinə görə vəzifəli şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, hüquqi şəxslər min manatdan iki min manatadək məbləğdə cərimə edilir”, − məlumatda vurğulanıb.
#Həkim səhlənkarlığı teqi istifadə olunub
- Dişini çəkdirdi, ağır xəstəliyə tutuldu | Dəhşətli hadisənin detalları - Baku TV CANLI
- Dişini çəkdirdi, canından oldu | “Ayıbdır, boynuna almır, uşağım qışqıranda deyib ki...” - Baku TV
- Dəhşətə gətirən hadisə | Vətəndaş həkim səhvinin qurbanı oldu? - Baku TV CANLI
- Vaxtı keçmiş dərmanlar, lisenziyasız klinikalar - Səhiyyədə nə baş verir? - XÜLASƏ
- Uzun müalicə nəticə vermədi | Əməliyyatdan sonra iflic qalan qadın həyatını itirdi - Baku TV
