Pleyeri seçin:
İçməli su kollektorundakı qəza ətraf əraziləri su altında qoydu - Baku TV
Sabunçu rayonunun Balaxanı və Məmmədli kəndləri arasındakı ərazidə yerləşən əsas su kollektorunda qəza baş verib və nəticədə, axan su yaxınlıqdakı boş sahədə gölməçə yaradıb.
Sakinlərin sözlərinə görə, suyun axması bir neçə gündür davam etsə də, aidiyyəti qurumlar tərəfindən vaxtında tədbir görülməyib.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin ərazidə olan əməkdaşları isə başlanğıcda qəza faktını təkzib etsələr də, sonradan hadisə yerinə gələrək problemə müdaxilə etməyə başlayıblar.
Kopyalandı
#Sabunçu rayonu teqi istifadə olunub
- Maştağada 2 nəfər neft kəmərindən oğurluğa cəhd etdi | Yanğın oldu - Baku TV
- “Hələ nələr olacaq, onu Allah bilir" | Balaxanıda faciə: "Hamısında da elə vurublar ki..." - Baku TV
- "Antisanitar vəziyyət hökm sürür" | Sabunçudakı yataqxanada ürəkbulandıran mənzərə - Baku TV
- Yataqxana sakinlərinin həllini tapmayan problemi
- Sakinlərin şikayətinə 3 ildir baxılmır?
