Laçın, Xocavənd, Şuşa və Xocalı rayonları atəşə tutuldu
Yeniliklərdən dərhal xəbərdar olun
İyunun 22-si saat 02:15-də Ermənistan Silahlı Qüvvələrinin bölmələri Gorus rayonunun Brun yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Laçın rayonunun Əhmədli yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Bundan başqa, iyunun 21-i saat 23:05-dən iyunun 22-si saat 08:15-dək Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Xocavənd, Şuşa və Xocalı rayonları istiqamətlərində yerləşən mövqeləri də atıcı silahlardan fasilələrlə atəşə tutulub. Bölmələrimiz qeyd olunan bütün istiqamətlərdə adekvat cavab tədbirləri görüb.
Həmçinin qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri kənd təsərrüfatı işləri adı altında Ordumuzun Ağdam və Xocalı rayonları istiqamətlərində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər.
Azərbaycan Ordusunun bölmələrinin gördüyü təxirəsalınmaz tədbirlər nəticəsində aparılan mühəndis işləri dərhal dayandırılıb.
#Laçın teqi istifadə olunub
- Üç qurum Laçındakı mina partlayışı barədə birgə məlumat yaydı - Baku TV CANLI
- Azərbaycan mədəniyyətinin təbliği məqsədilə Laçında xeyriyyə konserti təşkil olundu - Baku TV
- Qısqanclıq faciəyə çevrildi | Təqsirləndirilən qardaşa ağır cəza - Baku TV
- "Şükürlər olsun ki, övladım burada oxuyur" | Bilik Günü Laçında coşqu ilə qeyd olunur - Baku TV
- Laçında dəhşətli hadisə | Müğənninin qətli ilə bağlı qandonduran iddialar - Baku TV CANLI
