Pleyeri seçin:

“Mavi planet”lə sağollaşmağın vaxtıdır, yoxsa...? | Tədqiqatçılardan gözlənilməz açıqlama

10 may 2025 789 baxış

Yeni elmi modellər göstərir ki, iqlim dəyişikliyi və kimyəvi çevrilmələrin nəticəsində dünya okeanları ilə dənizlərin rəngi mavi yox, bənövşəyi ola bilər.

Bu dəyişiklik təkcə vizual fərqlə məhdudlaşmır, həm də ekoloji səviyyədə ciddi təsirlərə yol aça bilər. Okeanların sabit görünən rəngi əslində zamanla mühüm dəyişikliklərə məruz qalıb.

Keçmişdə aparılan tədqiqatlar göstərir ki, Yer səthindəki dənizlər və okeanlar bir zamanlar yaşıl tonlarda olub. Araşdırmaya əsasən isə bəzi şəraitlərdə bu sular bənövşəyi rəngə çevrilə bilər.

Təxminən 3,8 milyard il əvvəl dənizlər bugünkündən xeyli fərqli rənglərə sahib olub. Bu dövrdə suda həll olunmuş dəmirin miqdarı çox yüksək idi. Vulkanik fəaliyyətlər və süxur eroziyası nəticəsində suya qarışan dəmir, suyun işığı udma və əksetdirmə xüsusiyyətlərini dəyişdirərək dənizləri yaşıl tonlara bürüyüb.

Elm adamları artıq keçmişdən çox gələcəyə fokuslanır. Yaponiyalı tədqiqatçılar iqlim və ətraf mühit dəyişikliyinin okeanların rəngi üzərindəki potensial təsirlərini modelləşdirərək diqqətçəkici nəticələrə gəliblər. Onların proqnozlarına görə, gələcəkdə artan vulkanik fəaliyyət, yüksələn temperatur və okeanlardakı kükürd səviyyəsinin artması suyun rəngini dəyişə bilər.

Bu ssenaridə bənövşəyi tonların üstünlük təşkil etdiyi bir mənzərə ortaya çıxacaq. Bunun əsas səbəbi aşağı oksigenli sularda çoxalan kükürd birləşmələrinin və digər hissəciklərin işığı fərqli şəkildə əks etdirməsi ilə bağlıdır. Bu, suyun daha çox bənövşəyi işıq yaymasına səbəb ola biləcək.

Üstəlik, iqlim dəyişikliyi nəticəsində dənizlərə qarışan üzvi maddələr də bu prosesi sürətləndirə bilər. Nəticədə, bu gün “Mavi Planet” adlandırdığımız Yer keçmişdə yaşıl olub, gələcəkdə isə bənövşəyi ola bilər.

Banner
“Hər biriniz bütün medallara layiqsiniz” | “Baku TV” kollektivi peşə bayramını qeyd etdi - Baku TV

“Hər biriniz bütün medallara layiqsiniz” | “Baku TV” kollektivi peşə bayramını qeyd etdi - Baku TV

Cəmiyyət
06 noyabr 2026 789 baxış
"Çox dedilər, yenidən evlən, razı olmadım" | Evdəki xatirələri gizlədən Novxanı sakini - O VAXTLAR

"Çox dedilər, yenidən evlən, razı olmadım" | Evdəki xatirələri gizlədən Novxanı sakini - O VAXTLAR

Cəmiyyət
06 noyabr 2026 789 baxış
Zəfərdən doğan işıq - Baku TV

Zəfərdən doğan işıq - Baku TV

Cəmiyyət
06 noyabr 2026 789 baxış
Şəhid bulağı niyə bu haldadır? - Binəqədi RİH-dən məsələyə münasibət - Baku TV

Şəhid bulağı niyə bu haldadır? - Binəqədi RİH-dən məsələyə münasibət - Baku TV

Cəmiyyət
06 noyabr 2026 789 baxış
"Gəlib taxta ilə vururlar ki...” | Beton parçaları və daşlar insanların başına “yağır” - Baku TV

"Gəlib taxta ilə vururlar ki...” | Beton parçaları və daşlar insanların başına “yağır” - Baku TV

Cəmiyyət
06 noyabr 2026 789 baxış
Vətəndaşların şikayətinə niyə baxan tapılmır?

Vətəndaşların şikayətinə niyə baxan tapılmır?

Cəmiyyət
06 noyabr 2026 789 baxış
“Baku TV”də peşə bayramı | Ekranın görünən və görünməyən qəhrəmanları - Baku TV

“Baku TV”də peşə bayramı | Ekranın görünən və görünməyən qəhrəmanları - Baku TV

Cəmiyyət
06 noyabr 2026 789 baxış
Tıxaca "yaşıl işıq" yandıran işıqfor, gərəksiz arakəsmə | Problem niyə üst-üstə gəlir?

Tıxaca "yaşıl işıq" yandıran işıqfor, gərəksiz arakəsmə | Problem niyə üst-üstə gəlir?

Cəmiyyət
06 noyabr 2026 789 baxış
MiniBoss Baku ikinci filialı üçün qəbul elan edir

MiniBoss Baku ikinci filialı üçün qəbul elan edir

Cəmiyyət
06 noyabr 2026 789 baxış
"Nöqsan yoxdursa, niyə getməliyəm?!" | Binəqədi RİH vətəndaşın əmlakını qanunsuz dağıdıb? - Baku TV

"Nöqsan yoxdursa, niyə getməliyəm?!" | Binəqədi RİH vətəndaşın əmlakını qanunsuz dağıdıb? - Baku TV

Cəmiyyət
06 noyabr 2026 789 baxış
Seçilmişlər
icon