Ölümcül xəstəliyin dərmanı görün harada axtarılır | Ət yeyən heyvanlarda xərçəng xəstəliyi…
Arizona Universitetinin alimləri müəyyən ediblər ki, quşlar məməlilər və sürünənlərə nisbətən xərçəngdən daha az əziyyət çəkirlər.
Məlumatların təhlili bəzi nümunələri ortaya çıxarıb.
Alimlər quşların xüsusi maddələr mübadiləsi, sürətlənmiş hüceyrələrin bərpası və bədxassəli mutasiyaların qarşısının alınması kimi unikal müdafiə mexanizmlərini inkişaf etdirdiyini düşünürlər.
Bundan əlavə, məlum olub ki, ətyeyən heyvanlarda xərçəng riski otyeyənlərə nisbətən daha çoxdur. Elm adamları bunun mümkün səbəblərindən birinin qida zəncirində zərərli birləşmələrin toplanması olduğunu söyləyirlər.
Həmçinin qeyd olunub ki, ev heyvanları vəhşi qohumlarına nisbətən daha çox xərçəng xəstəliyindən əziyyət çəkirlər. Bu, genetik müxtəlifliyin azalması və təbii seçimin zəifləməsi ilə bağlı ola bilər.
Tədqiqatçılar hesab edirlər ki, heyvanlarda xərçəngdən qorunmanın təbii mexanizmlərinin öyrənilməsi insanlarda da xəstəliyin qarşısının alınması və müalicəsinin yeni üsullarının işlənib hazırlanmasına kömək edəcək.
#Xərçəng xəstəliyi teqi istifadə olunub
- Xərçəngə qarşı aparılan əməliyyatda qeyri-adi üsuldan istifadə edildi
- Xərçəngə qarşı fərdiləşdirilmiş vaksin uğurla sınaqdan keçirilib
- Xərçəng xəstəliyinin müalicəsi üçün yeni alət hazırlanıb
- Xərçəngə qarşı yeni nəsil peyvənd hazırlandı
- 102 xəstə üzərində sınaq keçirildi | Nəticələr gözləniləndən də yaxşı oldu
