Qarabağ erməniləri Azərbaycan vətəndaşı olacaq
Yeniliklərdən dərhal xəbərdar olun
Ermənistanın mediası separatçıların lideri Arayik Arutyunyanın fevralın 23-də qondarma dövlət naziri Ruben Vardanyanla bağlı xüsusi müraciət ünvanlayacağını açıqlayıb.
“Joğovurd” nəşri bildirib ki, Xankəndidəki mənbələrindən əldə etdikləri məlumata görə, Arayik öz müraciətində Ruben Vardanyanın postundan getdiyini elan etmək niyyətindədir. Təbii ki, əgər qarşıdakı iki gündə bəzi dəyişikliklər baş verməsə.
Məlumatda bundan əlavə olaraq A.Arutyunyanın bu xəbəri fevralın 17-də açıqlamaq niyyətində olduğu deyilir. Bəzi məsələlərin dəqiqləşdirilməsi uzun zaman apardığından təxirə salmaq qərarına gəliblər.
Qeyd edək ki, bəzi erməni teleqram kanallarında yayılan məlumatlarda bildirilir ki, Qarabağdakı ermənilər R.Vardanyanın Xankəndidən gedəcəyi təqdirdə, Azərbaycan vətəndaşlığını qəbul etmək niyyətindədirlər.
#Qarabağ teqi istifadə olunub
- Qarabağın ekoloji faciəsi gündəmə çıxarılacaq?
- Ermənistan COP17-yə ev sahibliyi edəcək | Qarabağın ekoloji faciəsi gündəmə gətiriləcək? - Baku TV
- Azərbaycanın ədalət dərsi qisas deyil, sülhdür - Baku TV
- Konfrans iştirakçılarının Qarabağ səfəri hansı məqamlarla yadda qalıb? - Baku TV
- Keçmiş köçkünlər doğma yurdlarına qayıdarkən nələr yaşadılar - Baku TV
