Qarabağda məzunların ifası maraqla izləndi | Azad olunan ərazidən görüntülər
Yeniliklərdən dərhal xəbərdar olun
İllər sonra Şuşa şəhərində son zəng səsi eşidilib. 33 il sonra keçirilən tədbir Şuşa rayonu Malıbəyli kəndi 1 nömrəli tam orta məktəbdə baş tutub, 90 nəfər məzun adını qazanıb.
Laçında isə 32 ildən sonra son zəng çalınıb. Laçın şəhəri 2 nömrəli və Zabux kənd tam orta məktəblərində “Son zəng” tədbirləri keçirilib.
Cəbrayılda da 32 ildən sonra “Son zəng” tədbiri qeyd olunub. Cəbrayıl şəhəri Mehdi Mehdizadə adına tam orta ümumtəhsil məktəbindən məzun olanların sayı isə 5 nəfərdir.
Füzulidə 31 il sonra səkkiz 11-ci sinif şagirdi üçün “Son zəng” tədbiri keçirilib. Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbdə keçirilən tədbirdə iştirak edən qonaqlar məzunları təbrik edib, onlara gələcək işlərində uğurlar arzulayıblar.
#Şuşa teqi istifadə olunub
- Şuşaya xəritədə olmayan yolla: Zəfərin hərbi xronikası - QARABAĞ XRONİKASI
- “Ermənilər bilsəydi, çoxdan dağıtmışdı” | Aşağı Gövhərağa məscidinin minarəsində hansı sirr var?
- Ərdoğandan qardaşlıq mesajı | Liderlər tarixi günün 6-cı ildönümündə Şuşada bir arada - Baku TV
- “Bakının sevinci Ankaranın sevinci, Şuşanın qüruru bütün millətimizin qürurudur” | Ərdoğan Şuşada
- Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi - Baku TV
