Pleyeri seçin:

"Bakı Yay Caz Günləri"nin ilk konserti keçirildi

04 iyul 2023 335 baxış

İyulun 3-dən Bakıda Beynəlxalq Bakı Yay Caz Günləri başlayıb. Bu münasibətlə Heydər Əliyev Mərkəzində iki konsert proqramı təqdim olunub.

Tamaşaçılar qarşısına əvvəlcə Türkiyənin məşhur gitaraçısı Önder Focan “Meltem Ege” qrupu ilə çıxıb. Onların ifasını klassik musiqi konsertləri ilə tanınan Bakı Kamera Orkestri müşayiət edib. Orkestr fərqli ampluada çıxış edərək klassika və cazın tandemini təqdim edib.

Daha sonra pianoçu Elçin Şirinov və kvartetinin konserti olub. 4 il ərzində İsrailin tanınmış “Avişai Kohen trio”sunda çalışaraq dünyanın bir çox ölkələrində konsert proqramları ilə çıxış edən Elçin Şirinov israilli musiqiçilərlə doğma şəhərində çılğın və şıltaq caz ritmlərini səsləndirib.

İyulun 4-də isə Qremmi mükafatı nominantı, məşhur caz pianoçusu Alfredo Rodrigez triosu ilə dünya turnesi çərçivəsində cazsevərlər qarşısına çıxıb.

İyulun 5-i və 7-də isə Heydər Əliyev Mərkəzinin parkında konsert proqramları təqdim olunacaq. Pianoçu, aranjimançı, Berkli Musiqi Kollecinin professoru Giorgi Mikadze triosu ilə birgə tanınmış gürcü bəstəkarlarının caz improvizasiyalarını ifa edəcək. Elə həmin gün Azərbaycan cazının banisi olan Vaqif Mustafazadə adına 2 nömrəli Uşaq İncəsənət məktəbinin tələbələri də Heydər Əliyev Mərkəzinin parkına toplaşanlara gözəl caz axşamı bəxş edəcəklər.

Caz bayramının yekun akkordunu iyulun 7-də Oleq Lundstrem adına Caz Orkestri vuracaq.

Park ərazisindəki konsertlərə giriş sərbəstdir. Heydər Əliyev Mərkəzinin Auditorium zalındakı konsertlərin biletlərini isə şəhərin kassaları və “iTicket.az” saytından əldə etmək olar.

#Bakı Yay Caz Günləri teqi istifadə olunub

Bakıda bəzi məktəblərdə dərslər müvəqqəti olaraq distant formada keçiriləcək - Baku TV CANLI

Bakıda bəzi məktəblərdə dərslər müvəqqəti olaraq distant formada keçiriləcək - Baku TV CANLI

Cəmiyyət
22 sentyabr 2026 335 baxış
Gecələr kuryer işləyən Nəsibə ölü bildiyi anasının sağ olduğunu necə öyrəndi? - ARZUNUN VAXTI

Gecələr kuryer işləyən Nəsibə ölü bildiyi anasının sağ olduğunu necə öyrəndi? - ARZUNUN VAXTI

Cəmiyyət
22 sentyabr 2026 335 baxış
Sərnişinlərə şad xəbər | Bu stansiyalara giriş nə qədər müddət ödənişsiz olacaq? - Baku TV

Sərnişinlərə şad xəbər | Bu stansiyalara giriş nə qədər müddət ödənişsiz olacaq? - Baku TV

Cəmiyyət
22 sentyabr 2026 335 baxış
"Qaranlıqda lap pisdir" | Quba-Qonaqkənd yolunda qorxulu vəziyyət - Baku TV

"Qaranlıqda lap pisdir" | Quba-Qonaqkənd yolunda qorxulu vəziyyət - Baku TV

Cəmiyyət
22 sentyabr 2026 335 baxış
"2-ci partlayış məni dərəyə atdı" | Savaşda ayaqlarını itirən qazi yaşadıqlarını danışdı - Baku TV

"2-ci partlayış məni dərəyə atdı" | Savaşda ayaqlarını itirən qazi yaşadıqlarını danışdı - Baku TV

Cəmiyyət
22 sentyabr 2026 335 baxış
Prezident İlham Əliyevin sədrliyi ilə müşavirə keçirildi - Baku TV CANLI

Prezident İlham Əliyevin sədrliyi ilə müşavirə keçirildi - Baku TV CANLI

Cəmiyyət
22 sentyabr 2026 335 baxış
Qərbi Azərbaycanın yaddaş məkanları: Şəki kəndinin tarixi

Qərbi Azərbaycanın yaddaş məkanları: Şəki kəndinin tarixi

Cəmiyyət
22 sentyabr 2026 335 baxış
"Sərhəddə saxladılar ki..." | Gözdən əlil şəxs 10 il sonra niyə hərbi xidmətə çağırılıb? - Baku TV

"Sərhəddə saxladılar ki..." | Gözdən əlil şəxs 10 il sonra niyə hərbi xidmətə çağırılıb? - Baku TV

Cəmiyyət
22 sentyabr 2026 335 baxış
284 nömrəli məktəbin həyətində dözülməz vəziyyət | Problem niyə həll olunmur? - Baku TV

284 nömrəli məktəbin həyətində dözülməz vəziyyət | Problem niyə həll olunmur? - Baku TV

Cəmiyyət
22 sentyabr 2026 335 baxış
Paytaxtda aparılan qazıntılar yollarda əlavə sıxlıq yaradıb - Baku TV CANLI

Paytaxtda aparılan qazıntılar yollarda əlavə sıxlıq yaradıb - Baku TV CANLI

Cəmiyyət
22 sentyabr 2026 335 baxış
Seçilmişlər
icon