Pleyeri seçin:
Sosial şəbəkələrdə dələduzluq: Vəfat etmiş azyaşlının fotosu ilə pul yığırlar
Sosial şəbəkələrdə və bəzi elan saytlarında bir neçə ay əvvəl vəfat edən azyaşlının fotolarından istifadə edərək dələduzluq olunur.
Belə ki, bu ilin iyununda 13 yaşında vəfat edən İmanlı Şakir Kənan oğlunun şəkilləri, müalicə alarkən analiz nəticələri və Kənanın ailəsinə aid olmayan kart hesabı paylaşılaraq yardım üçün pul yığılmağa başlanılıb.
Kənanın atası fırıldaqçıların əməlindən xəbərdar olduğunu, vəfat edən övladının adından pul yığılmasına görə narahatlıq keçirdiyini bildirib:
“Bu cür halların təkrarlanmaması, insanların hissləri ilə oynayıb haqsız yerə pulların yığılmaması üçün aidiyyəti orqanlardan tədbir görülməsini xahiş edirəm”.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, hazırda faktla bağlı araşdırma aparılır.
Kopyalandı
#Onlayn dələduzluq teqi istifadə olunub
- Endirimli məhsul və kredit vədləri ilə qurulan tələ ifşa olundu - Baku TV
- 300 nəfər necə qurbana çevrildi? - Dəhşətli əməlin üstü açıldı - Baku TV
- 23 yaşlı Zaur 150-yə yaxın şəxsi görün necə aldadıb | Kiberpolisdən əməliyyat - Baku TV
- Onlayn dələduzluq şəbəkəsi çökdürüldü | DİN-dən təcili əməliyyat
- Bakıda təcili əməliyyat keçirildi | DİN vətəndaşlara çağırış etdi
