Pleyeri seçin:
11 sentyabr terroru təkrarlana bilər
ABŞ-də 11 sentyabr 2001-ci ildə baş vermiş terror aktının təkrarlanacağından narahatlıq ifadə olunur.
Bu barədə senator Lindsey Qraham “Fox News” telekanalına müsahibəsində deyib. O, belə bir ssenarinin ABŞ Prezidenti Co Bayden administrasiyasının Əfqanıstanda etdiklərinə görə mümkün ola biləcəyinə diqqət çəkib.
Senator Pentaqonun sözçüsünə istinadən bildirib ki, yaxın 6 ay ərzində ABŞ Əfqanıstandan olan terrorçuların hücumuna məruz qala bilər. Onun sözlərinə görə, Əfqanıstanda terrorçuların olmaması ilə bağlı iddialar yalandır.
“Əfqan missiyasının başa çatması ilə bağlı hesabat C.Bayden administrasiyanın özünü təmizə çıxarmaq cəhdidir”, - deyə senator bildirib.
Kopyalandı
#11 sentyabr terroru teqi istifadə olunub
- Nyu-Yorkda 25 il əvvəl baş vermiş dəhşət | Faciə nəticəsində 3000 nəfər həlak olub - Baku TV
- Əkiz Qüllələr 2977 işıq saçan dronla eskizləndirilib | 11 sentyabr terrorundan 25 il ötür - Baku TV
- 11 sentyabr terroru ilə bağlı məhkəmə prosesi 2028-ci ildə başlayacaq
- Əkiz qüllələrdə ölənlərin xatirəsi Pentaqonda anılıb
- "Əkiz Qüllələr"in partladılmasında bilinməyən detal | 9/11 - Bin Ladenin "əsər"i
