Pleyeri seçin:

ABŞ-nin bu addımı quldurluqdur? | Ekspertlər hər şeyi açıqladı

04 sentyabr 2024 423 baxış

ABŞ Venesuela Prezidenti Nikolas Maduronun “Dassault Falcon 900EX” təyyarəsini Dominikan Respublikasında ələ keçirib və Floridaya gətirib.

Hava laynerinin saxlanılmasına səbəb ABŞ-nin ixrac nəzarəti və sanksiya qanunlarını pozması göstərilir.

Amerika tərəfi iddia edir ki, təyyarə qanunsuz olaraq 13 milyon dollara alınıb, N.Maduro və onun tərəfdaşlarının istifadəsi üçün Venesuelaya aparılıb.

Bu, ABŞ-nin təyyarə müsadirəsi ilə bağlı ilk belə hal deyil. ABŞ ötən ilin sonunda Argentinada İranın “Mahan Air” şirkətinə məxsus, lakin Venesuelanın “Conviasa” şirkətinin törəməsi olan “Emtrasur” üçün xidmət göstərən “Boeing 747-300” kargo təyyarəsini də ələ keçirib. Lakin hazırda söhbət ölkə prezidentindən gedir.

N.Maduro sahibkar və digər istiqamətdə fəaliyyət göstərən şəxs deyil ki, “təyyarə qanunsuz əldə olunub və bu həbs olunmalıdır” deyib, hərəkətin məhdudlaşdırılması əməliyyatı həyata keçirilsin.

Məsələ ilə bağlı iqtisadçı Elman Sadıqov bildirib ki, təyyarənin faktiki olaraq sahibi hər hansı bir 3-cü şirkətdir:

“Amerikanın da məntiqi bundan ibarətdir ki, siz, birincisi, bu təyyarəni alarkən qoyulmuş sanksiyaları pozaraq onu əldə etmisiniz. İkinci də təyyarə əldə olunarkən hər hansı bir şirkət tərəfindən izi itirmək üçün əldə olunub. Çünki o sanksiyalar çərçivəsində Venesuelanın Prezident Administrasiyası həmin təyyarəni, əslində ala bilməzdi.

Burada əsas məsələ bundan ibarətdir. Prezidentin istifadə etdiyi bir təyyarədir, amma Prezident Administrasiyasına, Venesuela dövlətinə də məxsus deyil”.

Məsələnin hüquqi tərəfinə gəldikdə isə dövlət və onun birinci şəxsi amili, suverenitet məsələsi önə çıxır. Yəni Prezidentin istifadə etdiyi təyyarənin digər ölkə tərəfindən 3-cü ölkənin ərazisindən götürülüb aparılması beynəlxalq hüquqa nə dərəcədə uyğundur?

Banner
Netanyahudan sonra nə baş verəcək: İran və Türkiyə üçün yeni ssenari? - AKTUAL GÜNDƏM

Netanyahudan sonra nə baş verəcək: İran və Türkiyə üçün yeni ssenari? - AKTUAL GÜNDƏM

Dünya
28 oktyabr 2026 423 baxış
Yaxın Şərqdə hərbi gərginlik pik həddə çatacaq? - Baku TV CANLI

Yaxın Şərqdə hərbi gərginlik pik həddə çatacaq? - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 423 baxış
Hindistanda qasırğa təhlükəsi ilə əlaqədar 180 mindən çox insan təxliyə edildi - Baku TV CANLI

Hindistanda qasırğa təhlükəsi ilə əlaqədar 180 mindən çox insan təxliyə edildi - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 423 baxış
Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir

Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir

Dünya
28 oktyabr 2026 423 baxış
Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Dünya
28 oktyabr 2026 423 baxış
Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Dünya
28 oktyabr 2026 423 baxış
Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Dünya
28 oktyabr 2026 423 baxış
Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Dünya
28 oktyabr 2026 423 baxış
Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dünya
28 oktyabr 2026 423 baxış
Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Dünya
28 oktyabr 2026 423 baxış
Seçilmişlər
icon