Bayden Netanyahuya bunları etməməyi məsləhət gördü | Zərərsizləşdirməyə kömək edəcəyik
Yeniliklərdən dərhal xəbərdar olun
“ABŞ İraqın nüvə silahına malik olduğunu iddia etməklə səhvə yol verib”.
Belə bir açıqlama ilə Ağ Ev rəhbəri Cozef Bayden çıxış edib.
O bu etirafı fonunda İsrailin Baş nazirinə Qəzza ilə bağlı məsələdə yaxşı düşünməyi, səhvə yol verməməyi də məsləhət görüb:
“Mən Benyamin Netanyahuya dedim ki, bizim etdiyimiz səhvlərə o da yol verməsin. Biz Bin Ladeni ələ keçirmək istəmişdik. İndi isə sizə HƏMAS liderini zərərsizləşdirməyə kömək edəcəyik. Onu da vurğulayım ki, biz Bin Ladenlə bağlı düzgün seçim etmişdik, lakin Əfqanıstanda birlik yaratmaq fikrinin heç bir mənası yox idi. Amma fikrimcə, İraqın nüvə silahına malik olduğunu düşünmək çox mənasız idi”.
Məlumat üçün bildirək ki, İraqın nüvə silahına malik olması ehtimalı adı altında ABŞ və müttəfiqləri 2003-cü ildə ölkəni işğal edib. Müharibə Səddam Hüseyn rejiminin devrilməsinə və regionda uzunmüddətli sabitliyin pozulmasına gətirib çıxarıb. Lakin nəticədə ölkədə kütləvi qırğın silahına dair heç bir sübut aşkarlanmayıb.
#ABŞ teqi istifadə olunub
- Munirin səfəri | Tehrandakı görüşdə hansı məsələlər müzakirə olunacaq? - Baku TV
- Müsadirə edilən neftin gəlirləri "Kəpənək xəstəliyi" olan xəstələrin müalicəsinə yönəldiləcək
- ABŞ-Kanada danışıqları ticarət münasibətlərində hansı dəyişikliklərə yol aça bilər? - Baku TV
- Sülh sazişindən sonra Rusiya ilə iqtisadi münasibətlər necə dəyişəcək? - Baku TV CANLI
- Tehran seçkilərdən sonra gərginliyin artacağını gözləyir
