Pleyeri seçin:

Bu, Türkiyə üçün də təhlükədir | Hakan Fidan ABŞ-dən gözləntiləri açıqladı

28 fevral 2025 404 baxış

Türkiyənin xarici işlər naziri Hakan Fidan “Əl-Cəzirə” telekanalına müsahibəsində cari regional və qlobal proseslərlə bağlı fikirlərini bölüşüb.

Türkiyənin ABŞ-dən gözləntilərinə toxunan H.Fidan bildirib ki, Amerika xüsusilə Suriyada İŞİD-lə mübarizə əlaqələrinin parametrlərinə yenidən baxmalı və Türkiyə üçün təhlükə yaradan PKK-ya dəstək öhdəliyindən xilas olmalıdır.

Nazir vurğulayıb ki, PKK/YPG Suriyada idarəçiliyə və təsir dairəsinə sahib olmaq istədiyi üçün yeni rəhbərliklə anlaşa bilməz. O, bu məsələnin sülh yolu ilə həllini tapacağına ümid etdiyini və Türkiyənin hər kəsə konstitusiyanın verdiyi imkanlardan bərabər istifadə etməyi uyğun gördüyünü, bunun da cəmiyyətdə sülhə töhfə verəcəyinə inandıqlarını vurğulayıb.

Türk nazirin sözlərinə görə, sülhün ikinci mühüm sütunu odur ki, qanuni dövlət strukturlarından başqa heç bir şəxs qanunsuz silaha malik olmamalıdır:

“PKK və onun törəmələri Suriya ərazisinin üçdəbirini, neft və təbii qaz yataqlarını ələ keçirib. Onların böyük əksəriyyəti ərəb şəhərləri və kəndləridir, əldə etdiklərini Suriya xalqına satır və İraq, İran və Türkiyədəki PKK üzvlərinə pul göndərirlər. Türkiyə, İraq və İrandan olan 2000-ə yaxın adam Suriya Demokratik Qüvvələri rəhbərliyində vəzifə tutur”, − deyə Hakan Fidan bildirib.

Onun sözlərinə görə, Suriya ərazisində İraq, Türkiyə və İrandan gələn terrorçular fəaliyyət göstərir.

“Suriya və İraqın ərazi bütövlüyünə təhlükə Türkiyə üçün təhlükədir. İndi təbii ki, bu aradan qaldırılmalıdır. Ümid edirəm ki, bu, sülh yolu ilə həll olunacaq", − deyə nazir davam edib.

Fidan Türkiyənin İraq Kürd Regional Rəhbərliyinin lideri Neçirvan Bərzani ilə dostluğunun yüksək səviyyədə olmasından da bəhs edib.

Vurğulayıb ki, Türkiyə PKK və terrorla mübarizədə kürd qardaşları ilə böyük həmrəylik nümayiş etdirir.

“Təəssüf ki, dinc kürd vətəndaşları da PKK tərəfindən hücumlara, cinayət əməllərinə məruz qalırlar”, − Hakan Fidan bildirib.

Banner
ABŞ Prezidenti fond bazarındakı kəskin ucuzlaşmanı aralıq seçkilərlə əlaqələndirib

ABŞ Prezidenti fond bazarındakı kəskin ucuzlaşmanı aralıq seçkilərlə əlaqələndirib

Dünya
07 noyabr 2026 404 baxış
İranın xarici işlər naziri 48 saatda 12 həmkarı ilə müzakirələr aparıb

İranın xarici işlər naziri 48 saatda 12 həmkarı ilə müzakirələr aparıb

Dünya
07 noyabr 2026 404 baxış
Danışıqlarda Ukrayna nümayəndə heyətinə Budanov rəhbərlik edəcək

Danışıqlarda Ukrayna nümayəndə heyətinə Budanov rəhbərlik edəcək

Dünya
07 noyabr 2026 404 baxış
Müqəddəs torpaqlara yola düşməyə hazırlaşan imam dünyasını dəyişdi

Müqəddəs torpaqlara yola düşməyə hazırlaşan imam dünyasını dəyişdi

Dünya
07 noyabr 2026 404 baxış
Vaşinqton və Tehran arasında buzlar əriyir?

Vaşinqton və Tehran arasında buzlar əriyir?

Dünya
07 noyabr 2026 404 baxış
Hərbi məsləhətçilər və təlimatçılar krallıq ərazisinə yola düşüblər

Hərbi məsləhətçilər və təlimatçılar krallıq ərazisinə yola düşüblər

Dünya
07 noyabr 2026 404 baxış
980 mindən çox vətəndaş qonşu Çada qaçıb

980 mindən çox vətəndaş qonşu Çada qaçıb

Dünya
07 noyabr 2026 404 baxış
Eksperimental təyyarələr ictimaiyyətə təqdim olundu

Eksperimental təyyarələr ictimaiyyətə təqdim olundu

Dünya
07 noyabr 2026 404 baxış
“Müharibənin davam etməsini istəyənlərin maraqlarına xidmət edir” | İtaliya Baş naziri

“Müharibənin davam etməsini istəyənlərin maraqlarına xidmət edir” | İtaliya Baş naziri

Dünya
07 noyabr 2026 404 baxış
Avropanın varlı ölkəsində mütəxəssis qıtlığı

Avropanın varlı ölkəsində mütəxəssis qıtlığı

Dünya
07 noyabr 2026 404 baxış
Seçilmişlər
icon