Daşqınlar, meşə yanğınları və quraqlıq | İqlim dəyişikliyi dünyanı hara aparır? - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Dünya eyni vaxtda iki ciddi təhlükə ilə üz-üzədir: iqlim dəyişikliyi və enerji təhlükəsizliyi.
Avropa Komissiyasının sədri Ursula fon der Lyayen bu barədə COP31 çərçivəsində keçirilən yüksək səviyyəli iclasda danışıb.
O bildirib ki, son dövrlərdə baş verən təbii fəlakətlər iqlim böhranının təsirlərini daha aydın göstərir. Nepalda dağıdıcı daşqınlar, Sudandan Mərkəzi Amerikaya və Avropaya qədər uzanan quraqlıqlar, eləcə də meşə yanğınları vəziyyətin ciddiliyini ortaya qoyur.
Fon der Lyayen enerji bazarlarında yaranan problemlərə də diqqət çəkib. Onun sözlərinə görə, Hörmüz boğazından enerji resurslarının daşınmasında yaranan fasilələr qlobal bazarlara ciddi təsir göstərir.
BMT-nin son hesabatı isə dünyanın qlobal istiləşməni 1,5 dərəcə ilə məhdudlaşdırmaq hədəfini aşmaq təhlükəsi ilə üzləşdiyini göstərir. Avropa İttifaqı bu vəziyyətə qarşı emissiyaları 2030-cu ilədək yarıdan çox, 2040-cı ilədək isə 90 faiz azaltmağı planlaşdırır. Məqsəd 2050-ci ilə qədər Avropanı iqlim baxımından neytral qitəyə çevirməkdir.
Fon der Lyayen bildirib ki, ötən il Aİ-də elektrik enerjisinin 70 faizdən çoxu təmiz mənbələrdən əldə olunub. Birlik həmçinin inkişaf etməkdə olan ölkələrə iqlim maliyyələşdirilməsi üçün 32 milyard avrodan çox vəsait ayırıb. Avropa İttifaqının "Global Gateway" təşəbbüsü çərçivəsində isə dayanıqlı investisiyalar üçün 300 milyard avrodan çox vəsait səfərbər edilib.
Avropa Komissiyasının sədri vurğulayıb ki, təmiz enerjiyə keçid yalnız beynəlxalq əməkdaşlıq sayəsində uğur qazana bilər.
#İqlim dəyişikliyi teqi istifadə olunub
- El-Nino qlobal temperaturun daha da yüksəlməsinə səbəb ola bilər
- 2060-cı ilə qədər buzlaqlar yox ola bilər
- Tədqiqatçılar iqlim dəyişikliyinin təbiət üçün kritik həddə çatmaq təhlükəsindən xəbərdarlıq edirlər
- Karbon qazı buğdada zülalı azaldaraq çörəyin keyfiyyətinə və həcminə birbaşa təsir edir
- Alimlər quraq torpaqların sahəsinin əsrin sonuna qədər genişlənəcəyini bildirirlər
