Əsəddən sonra onlar da hərəkətə keçdi | Ən çox təşvişə düşən lider isə…
Yeniliklərdən dərhal xəbərdar olun
Misir, İordaniya, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri hökumətləri Suriya Prezidenti Bəşər Əsədin devrilməsi ilə əlaqədar ölkələrində mümkün iğtişaşlardan narahatdırlar.
Bu barədə “The Washington Post” yazıb.
Qəzetin həmsöhbətləri Suriyanın gələcəyi ilə bağlı qorxularını ifadə edərək, ölkənin xaosa qərq ola biləcəyini vurğulayıblar.
Eyni zamanda qəzetin qeyd etdiyi kimi, Bəşər Əsədin istefasından sonra ərəb dövlətləri ictimai bəyanatlarda ehtiyatlı davranır və suriyalıları dövlət institutlarını qorumaqla hakimiyyətin inklüziv keçidini təmin etməyə çağırırlar.
“The Washington Post” yazır ki, Misirdə mümkün iğtişaşlar qorxusu xüsusilə böyükdür. Əvvəllər Prezident Əbdülfəttah Sisi “Müsəlman Qardaşları” hərəkatını məhv etmək üçün genişmiqyaslı repressiyalar həyata keçirib. Bununla belə, bölgədə əhalinin bir hissəsi hələ də hərəkata sözsüz simpatiya ilə yanaşır.
#Bəşər Əsəd teqi istifadə olunub
- Əsədlə bağlı şok | Rusiyanın Suriyada yeri yerindən oynadacaq planı görün nə imiş - Baku TV
- Əsədlə bağlı sensasiya | Rusiyanın Suriyada hakimiyyət dəyişikliyi planı nə imiş? - Baku TV CANLI
- Türkiyənin əlaqələri, ABŞ-nin dəyişən qərarları və İsrailin planları
- Bəşər Əsəd Şaraanı devirmək üçün 160 minlik ordu qurdu
- Süleymaninin ölümündən sonra hər şey dəyişdi | Əsədin gizli planı üzə çıxdı? - Baku TV
