İrana cavab qərarını kim verəcək? | Nazirlər etiraz etdi
Yeniliklərdən dərhal xəbərdar olun
İranın hücumlarına İsrailin reaksiyasının necə olacağı ilə bağlı son qərarı verəcək şəxslər müəyyən edilib.
Bu barədə İsrail mətbuatında məlumat verilib. Bildirilib ki, İsrailin hərbi-siyasi kabineti bu vəzifəni Baş nazir Benyamin Netanyahu, müdafiə naziri Yoav Qalant və dar çərçivəli hərbi kabinetin üzvü Benni Qantsa tapşırıb.
Ölkənin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir və maliyyə naziri Betsalel Smotriç etiraz edərək belə bir qərarın geniş tərkibdə qəbul edilməli olduğunu bildiriblər. İsrailin yüksəksəviyyəli dairələri İranın hücumlarına ciddi və güclü reaksiyanın olacağını açıqlayıblar.
Bundan əlavə, ABŞ Prezidenti Cozef Bayden İranın hücumlarına cavab hazırlamaq üçün böyük yeddilik müttəfiqləri ilə məsləhətləşmələr keçirəcək.
Rəsmi Tehran isə öz növbəsində bildirib ki, İsrail cavab zərbəsi endirmək fikrinə düşsə, İranın reaksiyası daha güclü olacaq. Məlumatda əlavə edilib ki, bu, İran və İsrail arasında münaqişədir, ona görə də ABŞ buna qarışmamalıdır.
#Benyamin Netanyahu teqi istifadə olunub
- İsraildə seçkilər ərəfəsində Donald Tramp seçiciləri səsvermədə iştirak etməyə səsləyib
- "Səbrimizi sınamayın, elə hücum edərik ki..." | İran İsraildəki seçkilərə müdaxilə edəcək? - Baku TV
- “Mümkün hücuma daha güclü zərbələrlə cavab veriləcək”
- Netanyahu İsrail iqtisadiyyatını beynəlxalq sanksiyalara qarşı hazırlamağa çağırıb
- Netanyahudan Tehranla bağlı açıqlama | Yaxın Şərqdə vəziyyət gərginləşir - Baku TV CANLI
