Makron ağzını açmağına peşman oldu | Bu sözlər Netanyahunu özündən çıxardı
Yeniliklərdən dərhal xəbərdar olun
İsrailin Baş naziri Binyamin Netanyahu Fələstin dövlətini tanıya biləcəklərini açıqlayan Fransa Prezidenti Emmanuel Makronu təhqir edən oğlunu müdafiə edib.
Netanyahu Makronun Fələstin dövlətini tanıya biləcəkləri ilə bağlı açıqlamasına qarşı çıxıb: “Hər bir vətəndaş kimi, oğlumun da şəxsi fikirlərini ifadə etmək hüququ var, lakin onun prezident Makronun Fələstin dövlətinin yaradılmasına çağıran tvitinə verdiyi cavab mənim üçün qəbuledilməzdir”.
Fransa Prezidenti Makronun Fələstin dövlətini tanıya biləcəkləri ilə bağlı açıqlamasını “yanlış” hesab etdiyini deyən Netanyahu “Prezident Makron yeganə məqsədi İsraili məhv etmək olan Fələstin dövləti ideyasını dəstəkləməklə böyük səhv edir” deyib.
Netanyahu bildirib ki, Fələstin dövlətinin yaradılması “reallıqdan uzaq bir xəyaldır”.
Baş nazir Netanyahu da oğlu Yair kimi Fransanın müstəmləkələrinə işarə edərək deyib: “Biz varlığımızı təhlükəyə atmayacağıq. Heç bir şəkildə Fransaya təhlükə yaratmayan Korsika, Yeni Kaledoniya, Fransız Qvianasına və digər ərazilərə müstəqillik verilməsinə qarşı çıxanların təbliğatını qəbul etməyəcəyik”.
Qeyd edək ki, bir neçə gün öncə Yair Netanyahu X hesabında Fələstin dövlətini tanıya biləcəklərini açıqlayan Fransa Prezidenti Emmanuel Makronu “Cəhənnəm ol!” ifadəsi ilə təhqir edib. Yair “Yeni Kaledoniyanın müstəqilliyinə bəli! Fransız Polineziyasının müstəqilliyinə bəli! Korsikanın müstəqilliyinə bəli! Basklar ölkəsinin müstəqilliyinə bəli! Fransız Qvineyanın müstəqilliyinə bəli!” deyərək Fransa Prezidentinə etiraz edib.
Fransa Prezidenti Makron Misirə iki günlük səfərindən sonra “France 5” telekanalına müsahibəsində deyib: “Biz Fələstinin tanınması istiqamətində hərəkət etməliyik və buna yaxın aylarda nail ola bilərik”.
İsrailin 7 oktyabr 2023-cü ildə Qəzza zolağına hücumlara başlamasından sonra İspaniya, Norveç, İrlandiya, Sloveniya, Ermənistan, Baham adaları, Trinidad və Tobaqo, Yamayka və Barbados kimi ölkələrin qəbul etdiyi qərarlarla Fələstini tanıyan ölkələrin sayı 146-ya çatıb.
#İsrail teqi istifadə olunub
- Netanyahudan sonra nə baş verəcək: İran və Türkiyə üçün yeni ssenari? - AKTUAL GÜNDƏM
- Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir
- İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV
- Texnologiya, turizm və canlı gecə həyatı ilə seçilən Təl-Əviv İsrailin maliyyə mərkəzi sayılır
- "Səbrimizi sınamayın, elə hücum edərik ki..." | İran İsraildəki seçkilərə müdaxilə edəcək? - Baku TV
