Makronun Fələstin çağırışı Netanyahunu qəzəbləndirdi!
Yeniliklərdən dərhal xəbərdar olun
İsrailin Baş naziri Benyamin Netanyahu sentyabrda BMT Baş Assambleyasında Fələstini tanımaq niyyətində olan Fransa Prezidenti Emmanuel Makronun ölkəyə buraxılmasına icazə verməyib.
İsrail KİV yazır ki, bundan əvvəl ABŞ BMT Baş Assambleyasında iştirak etmək üçün Fələstin nümayəndələrinə viza verməmək qərarına gəlib. Lakin bu addımı tənqid edən Fransa Prezidenti belə yanaşmanı yolverilməz adlandırıb.
“Daimi atəşkəs olmalı, bütün girovlar azad edilməli, Qəzza sakinlərinə humanitar yardım göstərilməli və zolağa sülhməramlılar yerləşdirilməlidir. Münaqişə həll olunduqdan sonra HƏMAS silahları təhvil verməli və Qəzza zolağına nəzarət üçün orada qalmamalıdır”, ‒ Makron bildirib.
Daha sonra Fransa Prezidenti İsrailə səfər etmək arzusunu açıqlayıb, lakin Netanyahu bildirib ki, Makron öz mövqeyinə yenidən baxmayana qədər burada xoş qarşılanmayacaq.
Makrona müraciət ünvanlayan Benyamin Netanyahu “Fransada antisemitizmin həyəcan doğuracaq dərəcədə artması və hökumətin buna qarşı mübarizə aparmaması” ilə bağlı narahatlığını bildirib.
İsrailin Baş naziri həmçinin Makronu Fələstin dövlətinin yaradılmasına çağırdığına görə tənqid edib. Netanyahuya göndərdiyi cavab məktubunda Fransa Prezidenti müstəqil Fələstin dövlətinə çağırışın antisemitizmin artmasına kömək etməyəcəyini söyləyib.
#İsrail teqi istifadə olunub
- İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV
- Texnologiya, turizm və canlı gecə həyatı ilə seçilən Təl-Əviv İsrailin maliyyə mərkəzi sayılır
- "Səbrimizi sınamayın, elə hücum edərik ki..." | İran İsraildəki seçkilərə müdaxilə edəcək? - Baku TV
- “Mümkün hücuma daha güclü zərbələrlə cavab veriləcək”
- İsrailin siyasi rəhbərliyi İrana qarşı əməliyyatla bağlı hərbi rəhbərliyə göstəriş verdi - Baku TV
