Netanyahu 2 əsas məqsədinə çata biləcək, yoxsa...? | Yaxın Şərqdə ən son vəziyyət
Yeniliklərdən dərhal xəbərdar olun
Qəzza sektorunda HƏMAS-ın məhv edilməsi üçün hərbi əməliyyatların həlledici mərhələsinə başlanılıb.
İsrail Baş nazirinin ofisinin müşaviri Dmitri Qendelman “Telegram” kanalında yazıb ki, İsrail Müdafiə Ordusunun tutduğu hər metr ərazi HƏMAS-ın məğlubiyyətinə, girovların azad edilməsinə və sabitliyin bərpasına bir addım daha yaxınlaşmaq deməkdir.
Qeyd edək ki, İsrailin iki əsas məqsədi var.
Birincisi, HƏMAS-ın və Qəzza bölgəsində olan digər silahlı qruplaşmaların məhv edilməsidir. HƏMAS Qəzzada çoxsaylı yeraltı tunellər, gizli məntəqələr inşa edib.
Həmin ərazilərdə silah anbarları, komanda-qərargah və dayaq məntəqələri yerləşir. Təl-Əviv girovları da hərbi əməliyyatlar çərçivəsində azad etmək istəyir. Çünki israillilərin danışıqlar yolu ilə azad edilməsi HƏMAS-a bazarlıq imkanı yaradır. İsrail isə heç bir məsələdə güzəştə getmək istəmir.
Əməliyyatların keçirilməsində ikinci məqsəd isə Qəzzadakı əhalinin buradan çıxarılması və başqa ölkəyə köçürülməsidir. İsrail Qəzzaya nəzarəti ələ keçirməyə çalışır.
ABŞ Prezidenti Donald Trampın Qəzzadan insanların Misirə köçürülməsi ilə bağlı təklifi olub. Misir isə bunun əvəzinə Qəzzanın Fələstin hökumətinə təhvil verilməsi ideyasını irəli sürüb. Sadəcə Benyamin Netanyahu hökuməti nəinki Qəzzanın Fələstinə verilməsini, heç müstəqil Fələstin dövlətinin yaradılmasını da istəmir. Buna görə də İordan çayının sahilləri və Qəzzanı ələ keçirərək burada yəhudi yaşayış məskənləri salır.
Qəzzadakı əməliyyatlara “İsrailin özünümüdafiə haqqı” adı verilib. Məqsəd beynəlxalq ictimaiyyət qarşısında savaşa haqq qazandırmaqdır.
#İsrail teqi istifadə olunub
- İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV
- Texnologiya, turizm və canlı gecə həyatı ilə seçilən Təl-Əviv İsrailin maliyyə mərkəzi sayılır
- "Səbrimizi sınamayın, elə hücum edərik ki..." | İran İsraildəki seçkilərə müdaxilə edəcək? - Baku TV
- “Mümkün hücuma daha güclü zərbələrlə cavab veriləcək”
- İsrailin siyasi rəhbərliyi İrana qarşı əməliyyatla bağlı hərbi rəhbərliyə göstəriş verdi - Baku TV
