Netanyahu Yəmənə edilən hücumla bağlı təcili açıqlama verdi
Yeniliklərdən dərhal xəbərdar olun
İsraillə husilər arasında aylardır davam edən gərginliyin fonunda SAXAL ilk dəfə olaraq Yəməni hədəf alıb.
Ölkəyə endirilən zərbələr nəticəsində azı 6 nəfər həlak olub, çox sayda insan yaralanıb.
Bu hücum “Ənsərallah” qruplaşmasının Təl-Əvivi dronlarla atəşə tutmasından sonra baş tutub.
Husilər bu təxribata qarşı veriləcək cavabın sərt olacağını açıqlayıb. Qruplaşmanın sözçüsü sözügedən hücumun regionda potensial müharibəyə yol açacağını vurğulayıb. Bütün bunların fonunda, İsrailin Baş naziri Benyamin Netanyahu isə baş verənlərlə bağlı açıqlama verib.
“Hücum etdiyimiz liman heç də adi və məsum bir liman deyil. Həmin liman hərbi məqsədlər üçün, daha dəqiq desək, İran tərəfindən husilərə verilən silah-sursatın giriş bölgəsi kimi istifadə edilib.
Onlar bu silahlardan İsrailə, qonşuluqdakı ölkələrə və dünyanın ən mühüm gəmiçilik marşrutlarından biri olan beynəlxalq gəmiçilik marşrutuna hücum etmək məqsədilə istifadə edib. Bu hücum bir nəfər İsrail vətəndaşının həyatını itirdiyi və mülki şəxslərin yaralandığı dron hücumuna cavab olaraq həyata keçirilib”, – B.Netanyahu qeyd edib.
Husilərin lideri isə İsrail tərəfini günahlandıraraq Təl-Əvivin Yəmən iqtisadiyyatını hədəf aldığını bildirib:
“İsrail Hodeyda limanına gətirilən benzini və nefti hədəfə alaraq ticarətə ciddi ziyan vuracaq hücumları həyata keçirdi. Limandakı elektrik şəbəkələri də onların nəzərində idi. Aydın görünür ki, İsrailin əsas məqsədi Yəmən iqtisadiyyatını zəiflətməkdir. Təl-Əvivin mühüm hədəfi bundan ibarətdir”.
#İsrail teqi istifadə olunub
- İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV
- Texnologiya, turizm və canlı gecə həyatı ilə seçilən Təl-Əviv İsrailin maliyyə mərkəzi sayılır
- "Səbrimizi sınamayın, elə hücum edərik ki..." | İran İsraildəki seçkilərə müdaxilə edəcək? - Baku TV
- “Mümkün hücuma daha güclü zərbələrlə cavab veriləcək”
- İsrailin siyasi rəhbərliyi İrana qarşı əməliyyatla bağlı hərbi rəhbərliyə göstəriş verdi - Baku TV
