Nikol Rusiya Prezidentinə görə bu addımı atdı | Erməni nəşrindən sensasiya
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov Avrasiya İqtisadi İttifaqı sammitinin quruma hazırda sədrlik edən rəsmi İrəvanın xahişi ilə 25 dekabrda Sankt-Peterburqda keçiriləcəyini elan etdi. Bunun ardınca isə Ermənistan XİN Uşakovu təkzib edərək, Ermənistanın belə bir xahişdə bulunmadığını, Aİİ-nin mövcud qaydalarına görə, sədrlik edən üzv dövlətin ərazisində Aİİ iclasının keçirilməsinin məcburi olmadığını, 8 may 2024-cü il tarixində Moskva şəhərində keçirilmiş iclas zamanı üzv ölkələrin rəhbərləri tərəfindən cari ilin dekabr ayında növbəti iclasın Sankt-Peterburqda keçirilməsinin qərara alındığı bildirib.
“Hraparak” nəşri bununla bağlı əldə etdiyi məlumatı paylaşıb.
Nəşr yazıb ki, Aİİ sessiyasının Sankt-Peterburqda keçirilməsini şəxsən Baş nazir Nikol Paşinyan xahiş edib. Səbəb isə odur ki, Ermənistan Roma Statutuna qoşulub və buna görə də 17 mart 2024-cü ildə Beynəlxalq Cinayət Məhkəməsinin Rusiya lideri Vladimir Putin haqda çıxardığı həbs qərarını icra etməlidir.
Başqa sözlə, Aİİ sammiti İrəvanda keçiriləcəyi halda Putin Ermənistana səfər etməli idi. Bu zaman Putini həbs etməyə cəsarət etməyən rəsmi İrəvan ratifikasiya etdiyi Roma Statutunun tələblərini pozmuş olacaqdı. Bu mənzərədən qaçmaq üçün Paşinyan sammitin Peterburqda keçirilməsini xahiş edib.
#Yuri Uşakov teqi istifadə olunub
- Rusiya-Ukrayna müharibəsinin sonlanması istiqamətində müəyyən irəliləyişlərin olduğu bildirilir
- Rusiya Prezidentinin köməkçisi Putin–Paşinyan görüşü məsələsinə aydınlıq gətirib
- "Ermənistan hələ də "iki stulda oturmağa" davam edir" | Uşakovdan sərt sözlər - Baku TV
- Rusiya və ABŞ liderləri telefonda nələri müzakirə etdi? - Baku TV
- Rusiya və Ukrayna liderləri arasında birbaşa danışıqlar olacaq? - Baku TV
