Pleyeri seçin:

Ukraynanın yeri NATO-dadır | Stoltenberqdən Zelenskiyə şad xəbər

29 aprel 2024 107 baxış

NATO-nun Baş katibi gözlənilmədən Ukraynaya səfər edib.

Prezident Volodimir Zelenski ilə görüşdükdən sonra Yens Stoltenberq onunla birlikdə mətbuata açıqlama verib.

Bildirib ki, Ukraynaya müharibədə qalib gəlməsi üçün daha çox dəstək lazımdır və həmin dəstək də artıq yoldadır:

“Sizin liderliyiniz bizim hamımız üçün güclü bir nümunədir. Ukrayna xalqının və Silahlı Qüvvələrinin cəsarəti bütün dünyanı heyran edir. Lakin Rusiyaya qarşı mübarizədə liderlik və cəsarət kifayət deyil, sizin silahlara ehtiyacınız var. Mən anlayıram ki, ciddi gecikmələrin döyüş meydanında ciddi nəticələri oldu.

ABŞ aylarla davam edən müddətdə hərbi yardım paketini təsdiqləyə bilmədi, Ukrayna aylarla silah-sursatsız qaldı. Bu isə o deməkdir ki, Rusiya qüvvələri cəbhəboyu təzyiq edə bildi.

Qeyd edim ki, NATO müttəfiqləri müharibənin ilk günündən indiyədək görünməmiş həddə Ukraynaya hərbi yardım ediblər. Ukraynanın qalib gəlməsi üçün hələ gec deyil və daha çox dəstək yoldadır”.

Baş katib onu da əlavə edib ki, Ukraynanın yeri NATO-dadır və Kiyev vaxtı gələndə mütləq Alyansın üzvü olacaq:

“Mən bildirmişəm ki, əgər müttəfiq ölkələr NATO-nun hərbi büdcəsi üzrə tələbləri qarşılamaq, yoxsa Ukraynaya dəstək verməklə bağlı seçim qarşısında qalsalar, onlar Ukraynaya dəstək verməlidirlər. Boşalan hərbi anbarları doldurmaq olar, ancaq itirilən həyatları geri qaytarmaq mümkün deyil.

Biz həmçinin iyulda Vaşinqtonda keçiriləcək NATO sammitinə hazırlığı müzakirə etdik. Cənab Prezident, mən sizi həmin görüşdə qarşılamağı səbirsizliklə gözləyirəm.

Bu gün bizim qət etdiyimiz yol onu NATO üzvlüyünə yaxınlaşdırır. Vaxtı çatan kimi Ukrayna dərhal üzv olacaq. NATO-nun mənzil-qərargahında Ukrayna bayrağının dalğalanacağı günü səbirsizliklə gözləyirəm. NATO Ukraynanın və özünün təhlükəsizliyi üçün bu ölkənin yanında dayanır”.

Baş katibin sözlərinə görə, Ukraynanın NATO-ya üzv olması üçün 32 müttəfiq buna razılıq verməli, bunun reallaşması üçün konsensus olmalıdır. Yens Stoltenberq onu da bildirib ki, iyulda keçiriləcək sammitə qədər bu konsensusun olacağı gözlənilmir.

Banner
Hindistanda qasırğa təhlükəsi ilə əlaqədar 180 mindən çox insan təxliyə edildi - Baku TV CANLI

Hindistanda qasırğa təhlükəsi ilə əlaqədar 180 mindən çox insan təxliyə edildi - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 107 baxış
Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir

Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir

Dünya
28 oktyabr 2026 107 baxış
Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Dünya
28 oktyabr 2026 107 baxış
Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Dünya
28 oktyabr 2026 107 baxış
Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Dünya
28 oktyabr 2026 107 baxış
Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Dünya
28 oktyabr 2026 107 baxış
Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dünya
28 oktyabr 2026 107 baxış
Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Dünya
28 oktyabr 2026 107 baxış
İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

Dünya
28 oktyabr 2026 107 baxış
Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Dünya
28 oktyabr 2026 107 baxış
Seçilmişlər
icon