Pleyeri seçin:

Yeni Kaledoniyada aksiya zamanı həlak olanların sayı artdı | Vəziyyət gərginləşir

18 may 2024 341 baxış

Yeni Kaledoniyada baş verən kütləvi etirazlar zamanı ölənlərin sayı 6 nəfərə çatıb.

Bu barədə xarici mətbuatda məlumat verilib.

Bildirilib ki, arxipelaqın şimal hissəsindəki şəhərlərdən birində atışma zamanı daha bir nəfər ölüb. Bununla da etiraz aksiyalarında ölənlərin sayı 6-ya çatıb. Həmçinin qeyd olunub ki, iki nəfər yaralanıb. Zərərçəkənlər yerli xəstəxanaya çatdırılıb.

Baş verənlərin fonunda Fransa Ali Şurası toplaşaraq adada hərbi vəziyyət elan edib. Adaya çox sayda hərbçi, polis, jandarma qüvvələri və xüsusi xidmət orqanlarının əməkdaşları göndərilib. Yüzlərlə etirazçı həbs edilib, bütün nümayiş və aksiyalar, eləcə də sosial şəbəkələr qadağan edilərək bağlanılıb. Jurnalistlərin adaya girişi məhdudlaşdırılıb.

Bundan əlavə, Fransaya qarşı keçirilən etirazlar başlayandan bəri 200-ə yaxın insan saxlanılıb. Fransa Prokurorluğu Yeni Kaledoniyada bir neçə gün davam etmiş etiraz aksiyaları ilə bağlı araşdırmalara başlayıb.

Qeyd edək ki, Fransanın koloniyası olan Yeni Kaledoniya Fransadan 16 min kilometr aralıda – Sakit Okeanda, Avstraliya qitəsinin yaxınlığında yerləşir. Bu uzun məsafəyə baxmayaraq, Fransa adanı koloniyasına çevirib istismar edir ki, bu da yerli əhali tərəfindən etirazla qarşılanır.

Banner
Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Dünya
28 oktyabr 2026 341 baxış
Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Dünya
28 oktyabr 2026 341 baxış
Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Dünya
28 oktyabr 2026 341 baxış
Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Dünya
28 oktyabr 2026 341 baxış
Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dünya
28 oktyabr 2026 341 baxış
Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Dünya
28 oktyabr 2026 341 baxış
İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

Dünya
28 oktyabr 2026 341 baxış
Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Dünya
28 oktyabr 2026 341 baxış
Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI

Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 341 baxış
Sanksiyalarla yanaşı, diplomatik təmaslar | Avropa təzyiq və dialoqu uzlaşdıra biləcəkmi? - Baku TV

Sanksiyalarla yanaşı, diplomatik təmaslar | Avropa təzyiq və dialoqu uzlaşdıra biləcəkmi? - Baku TV

Dünya
28 oktyabr 2026 341 baxış
Seçilmişlər
icon