Zelenskinin paylaşımı dostlarını qəzəbləndirdi
Yeniliklərdən dərhal xəbərdar olun
NATO-nun Vilnüs sammitində iştirak edən ABŞ rəsmiləri Ukrayna Prezidenti Volodimir Zelenskinin “Twitter” səhifəsində Şimali Atlantika Alyansını tənqid edən bəyanatlarından hiddətlənib.
Bu barədə “Washington Post” qəzeti yazıb. Vilnüsdə NATO sammitinin birinci iş gününün sonunda baş katib Yens Stoltenberqin açıqladığı yekun bəyanata görə, sammit iştirakçıları Ukraynadan Alyansa üzvlüklə bağlı fəaliyyət planını yerinə yetirməsini tələb etməmək qərarına gəliblər, bununla belə ölkəyə çoxillik hərbi yardım proqramını təsdiq ediblər.
NATO ölkələri Kiyevi alyansa bütün şərtlər yerinə yetirildikdə dəvət edəcəklərinə söz veriblər, ancaq münaqişə bitdikdən sonra. V.Zelenski isə NATO-nun Vilnüs sammitində Kiyevin alyansa dəvət edilməsinin vaxtı ilə bağlı konkret qərarlar qəbul etmək niyyətində olmamasından narazılığını ifadə edib. O, Ukraynanın hörmətə layiq olduğunu deyib və tərəfdaşların qeyri-müəyyən mövqeyini zəiflik adlandırıb. Nəşr rəsmi şəxsə istinadən ABŞ nümayəndə heyətinin üzvlərinin V.Zelenskinin tvitindən qəzəbləndiklərini yazıb.
Məqalədə həmçinin vurğulanıb ki, Ukrayna liderinin bəyanatları alyansdakı Ukrayna tərəfdarlarını da məyus edib. Bir neçə NATO ölkəsinin diplomatlarının fikrincə, V.Zelenski “Twitter”dən danışıqlar vasitəsi kimi istifadə edir və paylaşımlarının lazımi ünvana çatması məqsədini güdüb.
Məqalədə bildirilib ki, V.Zelenski bu yolla alyansa maksimum təzyiq göstərməyə çalışıb.
#Yens Stoltenberq teqi istifadə olunub
- Keçmiş baş katib alyansın gələcəyi barədə danışdı
- Putinin işğal siyasətinin acı nəticəsi | Ukrayna Avropaya daha da yaxındır - Baku TV
- NATO-nun yeni Baş katibi vəzifəsinin icrasına başladı
- Peskov NATO rəhbərliyinin Putinin bəyanatlarını nəzərə almaq istəməməsini belə adlandırdı
- Bayden Stoltenberqin gördüyü işlərdən danışdı | Sizin sayənizdə...
