Güclü külək Goranboy və Yevlaxda fəsadlar törətdi | "Azərişıq"dan açıqlama
Yeniliklərdən dərhal xəbərdar olun
Bir neçə gündür ölkə ərazisində hökm sürən qeyri-sabit, küləkli hava şəraiti bəzi rayonlarda elektrik enerjisinin verilməsində fasilələr yaradıb.
Məsələ ilə bağlı “Azərişıq”ın sözçüsü Vaqif Mustafayev bildirib ki, axşam saatlarında baş verən qasırğa bir neçə rayonda irigövdəli ağacların aşmasına səbəb olub:
“Nəticədə elektrik xətlərində qəzalar baş verib. Axşam saatlarından etibarən qəza xidmətlərimiz hadisə baş verən zonalara cəlb olunub, əraziyə əlavə texnika göndərilib. Görülən işlər nəticəsində belə qəza hallarının böyük əksəriyyəti aradan qaldırılıb. Hazırda Goranboy və Yevlaxın bəzi kəndlərində işlər davam etdirilir”.
Qurum rəsmisi onu da bildirib ki, Yevlaxın Qaramanlı, Dəlləklər, Hacımahmudlu, Nəmərli, Nurallar, Göyük kəndində və Goranboyun bir neçə kəndində elektrik enerjisinin bərpası yaxın saatlarda öz həllini tapacaq.
#Goranboy teqi istifadə olunub
- Goranboyda bədbəxt hadisə | Şəhid anasının ölüm səbəbi nədir? - Baku TV
- Goranboyda hərbi xidmət zamanı ayağını itirən şəxs nə ilə təmin olunmaq istəyir? - Baku TV
- Goranboyda faciə: Elektrik dirəyi 35 yaşlı qadının üzərinə aşıb - Baku TV
- Goranboyda elektrik dirəyinin aşması faciəyə səbəb olub - ƏSAS XƏBƏR
- Goranboyda qorxunc hadisə | 31 yaşlı şəxs özündən 43 yaş böyük kişini niyə vurdu? - Baku TV CANLI
