Pleyeri seçin:
İnterpolun hər yerdə axtardığı İŞİD üzvü Gürcüstanda tutuldu | Həbsin təfərrüatı
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Gürcüstanda İŞİD ilə əlaqədə şübhəli bilinərək saxlanılmış şəxsin Azərbaycan vətəndaşı olduğu müəyyən edilib.
Bu barədə ölkənin "İmedi" telekanalı məlumat yayıb.
Belə ki, İnterpolun qırmızı xətti ilə axtarılan Azərbaycan vətəndaşı barəsində həbs qətimkan tədbiri seçilib. Saxlanılan şəxs sərhədi qanunsuz keçməkdə ittiham olunub.
Qeyd edək ki, Azərbaycan vətəndaşı mayın 2-də Rustavi şəhərində saxlanılıb. Dövlət Təhlükəsizlik Xidmətinin məlumatına əsasən, həmin şəxs 2014-cü ildə Yaxın Şərqə yollanıb və İŞİD terror təşkilatına qoşulub. Orada hərbi əməliyyatlar üzrə təcrübə toplayıb və partlayıcı qurğular üzrə mütəxəssisə çevrilib. Onun evindən müxtəlif dəlillər və elektron məlumat daşıyıcıları müsadirə edilib.
Kopyalandı
#İŞİD terror qruplaşması teqi istifadə olunub
- Kahramanmaraşda İŞİD-ə qarşı əməliyyat keçirilib, saxlanılanların sayı açıqlanıb
- ABŞ-dən sensasiyalı əməliyyat | Tramp öldürülən lider barədə açıqlama verdi - Baku TV
- Əl-Holda İŞİD yaraqlılarının ailə üzvləri saxlanılır
- Suriyada əməliyyat zamanı hüquq-mühafizə orqanı əməkdaşları həlak oldu
- İŞİD tərəfdarları və döyüşçülərinin sayı açıqlandı
