Pleyeri seçin:

Məhkəmədən gözlənilməz tələb | Arayik Harutyunyanın vəkili çıxış etdi - Baku TV

10 iyun 2026 12 baxış

Bakı Apellyasiya Məhkəməsində çoxsaylı cinayətlərə görə Bakı Hərbi Məhkəməsi tərəfindən barələrində ittiham hökmü çıxarılan Ermənistan Respublikası vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin apellyasiya şikayətləri üzrə məhkəmə baxışı keçirilib.

Çıxış üçün söz müdafiə tərəfinə verilib. Arayik Harutyunyanın müdafiəçisi Anar Məmmədov çıxışında müdafiə etdiyi şəxs barəsində bəraət hökmü çıxarılmasını məhkəmədən xahiş edib. Təqsirləndirilən şəxs vəkilinin mövqeyi ilə razılaşdığını və səsləndirdiyi fikirləri müdafiə etdiyini deyib.

Digər vəkillər çıxışa hazırlaşmaq üçün məhkəmə prosesinin təxirə salınmasını xahiş ediblər.

Məhkəmə kollegiyası təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə edən vəkilləri ilə konfidensial görüşmələrinə dair vəsatətləri təmin edərək, onlara bunun üçün şərait yaradıb.

Məhkəmənin növbəti iclası iyunun 16-da keçiriləcək.

Qeyd edək ki, məhkəmə prosesini Ombudsman Aparatının nümayəndələri də izləyiblər.

Qətl törətməkdə təqsirləndirilən şəxslərə ağır cəza verildi - Baku TV

Qətl törətməkdə təqsirləndirilən şəxslərə ağır cəza verildi - Baku TV

Hadisə
11 iyun 2026 12 baxış
Taleh Qaraşova sui-qəsd hazırlayan şəxs barədə hansı qərar verildi? - Baku TV

Taleh Qaraşova sui-qəsd hazırlayan şəxs barədə hansı qərar verildi? - Baku TV

Hadisə
11 iyun 2026 12 baxış
Bakıda 19 yaşlı gənc faciəvi şəkildə həyatını itirdi | Mərhumun atası nələri danışdı? - Baku TV

Bakıda 19 yaşlı gənc faciəvi şəkildə həyatını itirdi | Mərhumun atası nələri danışdı? - Baku TV

Hadisə
10 iyun 2026 12 baxış
İmişlidə 17 yaşlı şagird çayda bataraq həyatını itirdi - Baku TV

İmişlidə 17 yaşlı şagird çayda bataraq həyatını itirdi - Baku TV

Hadisə
10 iyun 2026 12 baxış
Azərbaycanda həbs olunan fransalının şikayəti ilə bağlı hansı qərar verildi? - Baku TV

Azərbaycanda həbs olunan fransalının şikayəti ilə bağlı hansı qərar verildi? - Baku TV

Hadisə
10 iyun 2026 12 baxış
XİN Azov dənizində həlak olan azərbaycanlılarla bağlı məlumat yaydı - 24 SAAT

XİN Azov dənizində həlak olan azərbaycanlılarla bağlı məlumat yaydı - 24 SAAT

Hadisə
10 iyun 2026 12 baxış
Faciəvi şəkildə ölən qadının bacısı fəryad etdi | “Özü öz ayağı ilə gedib oraya...” - Baku TV

Faciəvi şəkildə ölən qadının bacısı fəryad etdi | “Özü öz ayağı ilə gedib oraya...” - Baku TV

Hadisə
09 iyun 2026 12 baxış
“Cinayəti bilib, gizlədib” | Məktəbdə ört-basdır edilən hadisə ifşa edildi - Baku TV

“Cinayəti bilib, gizlədib” | Məktəbdə ört-basdır edilən hadisə ifşa edildi - Baku TV

Hadisə
09 iyun 2026 12 baxış
"Qanı gördüm, dedilər ki..." | Sabunçudakı avtobus dayanacağında qandonduran hadisə - Baku TV

"Qanı gördüm, dedilər ki..." | Sabunçudakı avtobus dayanacağında qandonduran hadisə - Baku TV

Hadisə
09 iyun 2026 12 baxış
"Biri yerli-dibli tapılmadı" | Sel əhalinin gününü qaraltdı: "Maşınlar qalıb o tayda" - Baku TV

"Biri yerli-dibli tapılmadı" | Sel əhalinin gününü qaraltdı: "Maşınlar qalıb o tayda" - Baku TV

Hadisə
09 iyun 2026 12 baxış
Seçilmişlər
icon