Pleyeri seçin:

Sabiq polis qətli sifariş edən dayısını ələ verdi

22 yanvar 2024 334 baxış

“Elm və Təfəkkür Universiteti”nin prorektoru Tariyel Əhmədovun öldürülməsində təqsirləndirilən sözügedən universitetin rektoru Müşfiq Atakişiyev, Dəyanət Quliyev və Samir Quliyevin cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Siyavuş Hacıyevin sədrliyi ilə baş tutan iclasda prokuror Cövdət Mehrəliyev ittiham aktını elan edib.

Toplanmış sübutlara əsasən müəyyənləşib ki, Müşfiq Atakişiyev rektor vəzifəsində qalmasına və işgüzar nüfuzuna maneə kimi qəbul etdiyi zərərçəkmiş Tariyel Əhmədovun qisas məqsədilə pul müqabilində öldürülməsini öz qohumu Dəyanət Quliyevə sifariş verib. O isə 40 min ABŞ dolları müqabilində bu cinayəti həmkəndlisi Samir Quliyevə tapşırıb. Samir Quliyev də öz növbəsində zərərçəkmişi bir neçə gün izlədikdən sonra Bakı şəhəri, Yasamal rayonu Şərifzadə küçəsində yerləşən idman meydançalarından birində küt əşya ilə bir neçə dəfə onun baş və bədəninin müxtəlif nahiyələrinə zərbələr endirərək ölümünə səbəb olan xəsarətlər yetirib.

Müttəhimlər – Dəyanət Quliyev və Samir Quliyev ittihama münasibətdə özlərini təqsirli biliblər. Qətlin sifarişçisi kimi ittiham edilən professor Müşviq Atakişiyev isə verilmiş ittihamla qismən razılaşaraq özünü Cinayət Məcəlləsinin 126-cı (qəsdən sağlamlığa ağır xəsarət yetirmə, ehtiyatsızlıqdan şəxsin ölümünə səbəb olma) maddəsi ilə təqsirli bilib.

Müşfiq Atakişiyev məhkəmədə ifadəsi zamanı deyib ki, mərhum prorektorla əvvəllər yaxın dost olublar, lakin rektor təyin edildikdən sonra Tariyel Əhmədov onu qısqanıb. Bir müddət sonra isə iş o yerə çatıb ki, Tariyel Əhmədov onu həbs etdirib rektor olmaq istəyib. Məhz bundan sonra Müşviq Atakişiyevin cinayət planı ortaya çıxıb.

O, ifadəsində qeyd edib ki, Tariyel Əhmədovun əlaqələrindən ehtiyat edərək həbs olunmaqdan qorxduğundan prorektoru öldürməyi yox, ona xəsarət yetirməyi bacısı oğlu Dəyanətə sifariş edib. İfadələr zamanı məlum olub ki, cinayət əməlinin üstü elə keçmiş polis Dəyanət Quliyev vasitəsilə açılıb. Dəyanət hadisədən 12 il sonra Daxili İşlər Nazirliyinin 102 qaynar xəttinə zəng edərək Tariyel Əhmədovun qətli ilə bağlı məlumat verib.

Məhkəmənin növbəti iclası yanvarın 31-də keçiriləcək.

Quba-Qonaqkənd yolunda qorxulu vəziyyət: Sürücülər nə etməlidir? - Baku TV CANLI

Quba-Qonaqkənd yolunda qorxulu vəziyyət: Sürücülər nə etməlidir? - Baku TV CANLI

Hadisə
22 sentyabr 2026 334 baxış
Asfalt çatladı, yol sürücülər üçün təhlükəyə çevrildi | Quba–Qonaqkənd yolunda son durum - Baku TV

Asfalt çatladı, yol sürücülər üçün təhlükəyə çevrildi | Quba–Qonaqkənd yolunda son durum - Baku TV

Hadisə
22 sentyabr 2026 334 baxış
Maştağada partlayışa görə evə ziyan dəyib, iki nəfər xəsarət alıb

Maştağada partlayışa görə evə ziyan dəyib, iki nəfər xəsarət alıb

Hadisə
22 sentyabr 2026 334 baxış
COVID dövrünün sirri üzə çıxdı? - Qəbiristanlıqda qorxulu mənzərə - Baku TV CANLI

COVID dövrünün sirri üzə çıxdı? - Qəbiristanlıqda qorxulu mənzərə - Baku TV CANLI

Hadisə
22 sentyabr 2026 334 baxış
"Xəbəri olmadan mətbəxə girib, elə o anda..." | Maştağada qorxulu partlayış: 2 nəfər... - Baku TV

"Xəbəri olmadan mətbəxə girib, elə o anda..." | Maştağada qorxulu partlayış: 2 nəfər... - Baku TV

Hadisə
22 sentyabr 2026 334 baxış
TƏCİLİ: Maştağada fərdi yaşayış evində partlayış baş verdi - Baku TV CANLI

TƏCİLİ: Maştağada fərdi yaşayış evində partlayış baş verdi - Baku TV CANLI

Hadisə
22 sentyabr 2026 334 baxış
Bakıda ağır qəza: “Mercedes” yol kənarında dayanan “Kamaz”a çırpıldı - Baku TV

Bakıda ağır qəza: “Mercedes” yol kənarında dayanan “Kamaz”a çırpıldı - Baku TV

Hadisə
22 sentyabr 2026 334 baxış
Ağdaşda bədbəxt hadisə | Tir tüfəngi ilə qonşusuna xəsarət yetirdi - Baku TV

Ağdaşda bədbəxt hadisə | Tir tüfəngi ilə qonşusuna xəsarət yetirdi - Baku TV

Hadisə
22 sentyabr 2026 334 baxış
Lənkəranda mübahisə qanla bitdi | Yeniyetmə xəstəxanada həyatını itirdi - Baku TV

Lənkəranda mübahisə qanla bitdi | Yeniyetmə xəstəxanada həyatını itirdi - Baku TV

Hadisə
22 sentyabr 2026 334 baxış
Yeniyetmə döyüldü, xəstəxanada həyatını itirdi - 24 SAAT

Yeniyetmə döyüldü, xəstəxanada həyatını itirdi - 24 SAAT

Hadisə
21 sentyabr 2026 334 baxış
Seçilmişlər
icon