Pleyeri seçin:

2024-cü ildə hansı məhsullar bahalaşa bilər?

01 dekabr 2023 471 baxış

Siqaret və spirtli içkilərə tətbiq edilən aksiz vergisi artırılacaq.

Bu, Vergi Məcəlləsinə növbəti dəfə ediləcək dəyişiklikdə nəzərdə tutulur. Həmçinin işçilərinin orta aylıq sayı 3-dən az olan və məcburi dövlət sosial sığorta haqları üzrə borcu olan mikrosahibkarlar gəlirlərinin 5 faizi yox, 20 faizi qədər vergi ödəyəcəklər.

Bəs Vergi Məcəlləsinə ediləcək bu və ya digər dəyişikliklər qiymət artımına səbəb ola bilərmi?

İqtisadçı Əyyub Kərimli bildirib ki, sözügedən dəyişiklik siqaret və içkilərdə qiymət artımına müəyyən təsirləri olacaq:

“Lakin digər ərzaq məhsullarının istehlak səbətinin qiymətinin artmasına elə bir əhəmiyyətli təsiri olmayacaq. Çünki spirtli içkilər və tütün məhsulları istehlak səbətinə daxil deyil”.

Əyyub Kərimli hesab edir ki, vergi dərəcəsinin artırılması mikrosahibkarları qeydiyyatsız işçilərlə əmək müqaviləsi bağlamağa sövq edəcək. Əks halda sahibkarlar daha çox vergi ödəməli olacaqlar.

İqtisadçı Rəşad Həsənov isə belə düşünmür:

“Aksiz vergilərinin artması tütün məhsullarının və spirtli içkilərin qiymətinin artması ilə nəticələnəcək. Bu, özünü 0,5 litrlik spirtli içkilərdə 40 qəpik, 1 litrliklərdə isə 80 qəpik ətrafında özünü göstərəcək. Tütün məhsullarında isə 1 paket üçün 10-15 qəpik əlavə xərc yaradacaq. Eyni zamanda sahibkarların vergi yükünün 4 dəfə artmasına səbəb olacaq”.

Ekspertin sözlərinə görə, bu da dolayı yolla qiymətlərin artmasına səbəb ola bilər. Amma bununla yanaşı, Məcəlləyə ediləcək dəyişikliklər arasında sahibkarların vergi yükünün azaldılmasına imkan verən müddəalar olduğu da bildirilir. Bunlardan biri regionlarda yerləşdirmə fəaliyyəti göstərən müəssisələrin əmlak vergisinin 75 faiz azaldılmasıdır.

Pensiyaçıların gözlədiyi dəyişiklik gəlir? | Ekspertdən açıqlama - Baku TV

Pensiyaçıların gözlədiyi dəyişiklik gəlir? | Ekspertdən açıqlama - Baku TV

İqtisadiyyat
24 avqust 2026 471 baxış
Yeni şəhərin yaradılması hansı iqtisadi imkanları aça bilər? - Baku TV

Yeni şəhərin yaradılması hansı iqtisadi imkanları aça bilər? - Baku TV

İqtisadiyyat
24 avqust 2026 471 baxış
Kərə yağının istehsalı və idxalında azalma müşahidə olunub - Baku TV

Kərə yağının istehsalı və idxalında azalma müşahidə olunub - Baku TV

İqtisadiyyat
23 avqust 2026 471 baxış
Seçilən iştirakçılar layihələrini real mühitdə sınaqdan keçirə biləcəklər - Baku TV

Seçilən iştirakçılar layihələrini real mühitdə sınaqdan keçirə biləcəklər - Baku TV

İqtisadiyyat
22 avqust 2026 471 baxış
SOCAR Özbəkistanda yanacaqdoldurma məntəqələrinin tikintisinə investisiya yatıracaq - Baku TV

SOCAR Özbəkistanda yanacaqdoldurma məntəqələrinin tikintisinə investisiya yatıracaq - Baku TV

İqtisadiyyat
22 avqust 2026 471 baxış
Azərbaycan turizmində nə dəyişəcək? | Dövlət proqramı bu sahəyə nələri qazandıracaq? - Baku TV

Azərbaycan turizmində nə dəyişəcək? | Dövlət proqramı bu sahəyə nələri qazandıracaq? - Baku TV

İqtisadiyyat
22 avqust 2026 471 baxış
330 kilovotluq yüksəkgərginlikli ötürmə xəttinin çəkilməsi başa çatır - Baku TV

330 kilovotluq yüksəkgərginlikli ötürmə xəttinin çəkilməsi başa çatır - Baku TV

İqtisadiyyat
22 avqust 2026 471 baxış
SOCAR tərəfindən 1 milyard 750 milyon manat vergi ödənilməsi proqnozlaşdırılıb - Baku TV

SOCAR tərəfindən 1 milyard 750 milyon manat vergi ödənilməsi proqnozlaşdırılıb - Baku TV

İqtisadiyyat
21 avqust 2026 471 baxış
Azərbaycanda benzin istehsalı ilə bağlı detallar açıqlandı - Baku TV

Azərbaycanda benzin istehsalı ilə bağlı detallar açıqlandı - Baku TV

İqtisadiyyat
21 avqust 2026 471 baxış
Azərbaycanın ixracında artım hansı məhsulların hesabına olub? - Baku TV

Azərbaycanın ixracında artım hansı məhsulların hesabına olub? - Baku TV

İqtisadiyyat
20 avqust 2026 471 baxış
Seçilmişlər
icon