Выбрать плеер:

“Bir ayağı tamam yox idi...” | Əsir və girov götürülmüş şəxslər yaşadıqları dəhşəti danışdı

18 июля 2025 281 просмотров

Çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Araik Arutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası iyulun 17-də davam etdirilib.

Zərərçəkmiş şəxs Ələddin Əkbərov 1990-cı ildə düşmən tərəfindən girov götürüldüyünü deyib. Girovluqda saxlanıldığı 2 ay müddətində betonun üstündə yatdığını bildirib.

O bildirib ki, girovluqda dişləri qırılıb, başı yarılıb, ona digər xəsarətlər də yetirilib. Girovluqda olduğu müddətdə çəkisi 87 kiloqramdan 45 kiloqrama düşüb.

Zərərçəkmiş şəxs Firəngül Kərimova ifadəsində Xocalıdan məcburi köçkün düşdüyünü, soyqırımının şahidlərindən olduğunu bildirib. Soyqırımı zamanı onun 4 doğması qətlə yetirilib.

“Mart ayının 20-də atamın, nənəmin və babamın meyitləri eyni yerdə tapıldı. Atam leytenant Firuz Kərimov çox dəhşətli işgəncələrlə qətlə yetirilmişdi. Hətta alnının dərisi soyulmuş vəziyyətdə idi. Nənəmin bir ayağı, bud hissəsindən aşağısı tamam yox idi”, ‒ deyə o əlavə edib.

Rəsul Cəfərov 1993-cü il yanvarın 4-də əsgər yoldaşı Afiq Qasımovla birlikdə əsir götürüldüyünü bildirib. Əsirlik müddətində ona və digər azərbaycanlılara işgəncələr verilib. Üzərlərinə qaynar su tökülüb, bədəni bıçaqla kəsilib.

“İndi mənim bədənimdə salamat yer yoxdur”, ‒ deyə o bildirib.

Zərərçəkənlər həmçinin təqsirləndirilən şəxslərin, onların müdafiəçilərinin və özlərinin nümayəndələrinin suallarını da cavablandırıblar.

Скопировано
Bakı Beynəlxalq Dəniz Limanı rekorda imza atdı - Baku TV

Bakı Beynəlxalq Dəniz Limanı rekorda imza atdı - Baku TV

Cəmiyyət
18 декабря 2025 281 просмотров
“Global Media Group”un 55 əməkdaşı yüksək mükafata layiq görüldü - Baku TV

“Global Media Group”un 55 əməkdaşı yüksək mükafata layiq görüldü - Baku TV

Cəmiyyət
18 декабря 2025 281 просмотров
Ruben Vardanyanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib - Baku TV CANLI

Ruben Vardanyanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib - Baku TV CANLI

Cəmiyyət
18 декабря 2025 281 просмотров
Rəşid Behbudovun 110 illiyinə həsr olunan “Səsin rəngi” sərgisi açılıb - Baku TV

Rəşid Behbudovun 110 illiyinə həsr olunan “Səsin rəngi” sərgisi açılıb - Baku TV

Cəmiyyət
18 декабря 2025 281 просмотров
"IDDA Awards" müsabiqəsinin mükafatlandırma mərasimi keçirildi - Baku TV

"IDDA Awards" müsabiqəsinin mükafatlandırma mərasimi keçirildi - Baku TV

Cəmiyyət
18 декабря 2025 281 просмотров
Paytaxt yollarında bir ilk | Yeni qurulan “ağıllı işıqforlar” tıxaca son qoyacaq? - Baku TV

Paytaxt yollarında bir ilk | Yeni qurulan “ağıllı işıqforlar” tıxaca son qoyacaq? - Baku TV

Cəmiyyət
18 декабря 2025 281 просмотров
Çantanı ağırlaşdıran valideyn, yoxsa əlavə vəsaitlərdir? - AKTUAL GÜNDƏM

Çantanı ağırlaşdıran valideyn, yoxsa əlavə vəsaitlərdir? - AKTUAL GÜNDƏM

Cəmiyyət
18 декабря 2025 281 просмотров
Ağsunun Natəvan küçəsinin natəmiz vəziyyəti - Baku TV

Ağsunun Natəvan küçəsinin natəmiz vəziyyəti - Baku TV

Cəmiyyət
18 декабря 2025 281 просмотров
Təcili yardımın belə keçə bilmədiyi yollar - 24 SAAT

Təcili yardımın belə keçə bilmədiyi yollar - 24 SAAT

Cəmiyyət
18 декабря 2025 281 просмотров
Nərimanovdakı səki piyadalar üçün keçilməz oldu | Sakinlər şikayət edir - Baku TV

Nərimanovdakı səki piyadalar üçün keçilməz oldu | Sakinlər şikayət edir - Baku TV

Cəmiyyət
18 декабря 2025 281 просмотров
Выбранные
icon