“Deyir, görün sizə nə edəcəyəm!” | Şok əməlləri üzə çıxan qadın aradan belə çıxdı - Baku TV
Baku TV-nin qaynar xəttinə daxil olan müraciətlərdə vətəndaşlar dələduzluqda ittiham olunan Çimnaz Feyzullayevadan şikayətçi olduqlarını bildiriblər.
Şikayətçilərin iddialarına görə, o, müxtəlif vədlərlə onlardan pul alıb.
Zərərçəkən Sahibə Nəzərova bildirir ki, uzun illərdir ağır xəstə olan anasına əlillik dərəcəsinin təyin olunması üçün dəfələrlə müraciət etsə də, müxtəlif səbəblərlə imtina cavabı alıb. Onun sözlərinə görə, bu zaman Çimnaz Feyzullayeva özünü TƏBİB-in vəzifəli əməkdaşı kimi təqdim edərək problemi həll edə biləcəyini deyib.
İddiaçı qeyd edir ki, Feyzullayeva sənədlərin düzgün şəkildə hazırlanaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndəriləcəyini və bunun nəticəsində əlillik təyinatının həll olunacağını vəd edib və bu məqsədlə ondan 6 min manat pul alıb.
Şikayətçi deyir ki, sonradan nə zənglərə cavab verilib, nə də vəsait geri qaytarılıb. Onun sözlərinə görə, məsələni ictimailəşdirəcəyini bildirdikdə isə təhdidlərlə üzləşib.
Digər şikayətçi Xəqani Həsənov isə iddia edir ki, Çimnaz Feyzullayeva həyat yoldaşını işlə təmin edəcəyini deyərək ondan 2500 manat alıb. Vətəndaşın sözlərinə görə, nə iş məsələsi həll olunub, nə də verilən pul geri qaytarılıb.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən bildirilib ki, aparılan araşdırmalar zamanı 53 yaşlı Çimnaz Feyzullayevanın vətəndaşları müxtəlif vədlərlə aldadaraq pul vəsaitlərini ələ keçirməsi müəyyən edilib. Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində dələduzluq maddəsi ilə beş epizod üzrə cinayət işi başlanılıb. Hazırda istintaq hərəkətləri davam etdirilir.
Тег #Dələduzluq используется
- “Hər bir təşkilat özünə uyğun qaydalarını müəyyən edəcək” | Vüsal Xəlilov
- Bankların adından saxta kredit səhifələri yaratmaqda şübhəli bilinən şəxslər saxlanılıb - Baku TV
- Pul qarşılığında nələri vəd etdilər? | Bu dələduzlardan özünüzü qoruyun - 24 SAAT
- "Pul ver, balını artırım" | DİM-in adından dələduzluq edənlər kimdir? - Baku TV
- Avtomobil aldı, dələduzların qurbanı oldu | Şikayətçi başına gələnlərdən danışdı - Baku TV
