Выбрать плеер:
Qohumunun verdiyi qarajda ev tikən şəxs məhkəməlik oldu | ”Pul təlif etdi ki, buradan çıx”
Baku TV-nin "Cəmiyyət" bölməsində Badamdar qəsəbəsində yaşanan mülkiyyət mübahisəsi barədə reportaj təqdim olunub. Sakin Həsənov adlı vətəndaş 25 ilə yaxındır ki, qohumunun ona verdiyi qarajda şərait quraraq yaşayır. Lakin illər keçdikdən sonra ev sahibinin oğlu ondan ərazini tərk etməyi tələb edir və məsələ məhkəmə müstəvisinə keçib. Şikayətçinin sözlərinə görə, qarşı tərəf ona çıxması üçün 20 min manat təklif etsə də, o, razılaşmayıb. Hazırda kommunal xətlərin kəsilməsi və çıxarışın olmaması ilə bağlı yaşanan gərginlik Baku TV-nin süjetində təfərrüatları ilə araşdırılır.
Скопировано
